Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 124             Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 121; 2006, ¹ 1, maddə 59; 2009, ¹ 1, maddə 32, ¹ 10, maddə 846; 2010, ¹ 1, maddə 49; 2012, ¹ 2, maddə 183) ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.3-cü bəndin birinci cümləsində "layihə təşkilatları" və beşinci cümləsində "layihə təşkilatı" sözləri müvafiq olaraq "layihəçilər" və "layihəçi" sözləri ilə əvəz edilsin;

2. 2.4-cü bəndin dördüncü cümləsində "layihə sənədlərində" sözləri "tikinti layihəsində" sözləri ilə əvəz edilsin;

3. 2.5-ci bənd üzrə:

3.1. birinci hissənin birinci cümləsində "layihə təşkilatının" sözləri "layihəçinin" sözü ilə əvəz edilsin;

3.2. birinci hissənin ikinci cümləsində və ikinci hissədə "layihə sənədlərinin" sözləri "tikinti layihəsinin" sözləri ilə əvəz edilsin;

4. 3.1-ci bənddə "normativ sənədlərə" və "layihə sənədləri" sözləri müvafiq olaraq "texniki normativ hüquqi aktlara" və "tikinti layihəsi" sözləri ilə əvəz edilsin;

5. 6.1-ci bənddə "normativ sənədlərə" sözləri "texniki normativ hüquqi aktlara" sözləri ilə əvəz edilsin;

6. 9.3.9-cu yarımbənddə "normativ sənədlərin" sözləri "texniki normativ hüquqi aktların" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.1.