Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 23 fevral tarixli
33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir
yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir
yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə
olunması Qaydaları"nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 125 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 2, maddə 133; 2006, ¹ 1, maddə 59;
2009, ¹ 9, maddə 736, ¹ 10, maddə 846) ilə təsdiq
edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı
torpaqlardan və dəmir yolunun xüsusi mühafizə
zonasına aid torpaqlardan istifadə olunması
Qaydaları"nın 13-cü hissəsinə "normativ
hüquqi aktlarda" sözlərindən əvvəl
"texniki" sözü əlavə edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 21 iyun.- S.1.