Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş "Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 126                         Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1227) ilə təsdiq edilmiş "Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.12-ci bənddə "şəhərsalma sənədləri" sözləri "ərazi planlaşdırılması sənədləri" sözləri ilə əvəz edilsin;

2. 5.9-cu bənddə "tikinti layihəsi digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanı ilə də razılaşdırılmalıdır" sözləri "tikinti layihəsinə dair digər aidiyyəti dövlət orqanları ilə yanaşı, telekommunikasiya sahəsi üzrə səlahiyyətli dövlət orqanının da rəyi alınmalıdır" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.2.