"Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 127                         Bakı şəhəri, 12 iyun 2013-cü il

 

 

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 17 iyun tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 576; 2008, ¹ 6, maddələr 584, 586; 2010, ¹ 6, maddə 566, ¹ 11, maddə 1039) ilə təsdiq edilmiş "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 3.3.24-cü yarımbənddən ", öz səlahiyyətləri daxilində layihə-lərin dövlət ekspertizasını aparır və təsdiq edir" sözləri çıxarılsın;

2. 3.3.36-cı yarımbənddən "öz səlahiyyətləri daxilində" sözləri çıxarılsın və həmin yarımbənddə "tikinti layihələrini razılaşdırır, bu layihələri dövlət ekspertizasından keçirir" sözləri "tikinti layihələrinə rəy verir" sözləri ilə əvəz edilsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.2.