Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Qazdan istifadə Qaydaları"nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 130 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan
Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il
4
sentyabr tarixli 695 nömrəli Fərmanının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, ¹ 5, maddə 452; 2012, ¹ 2, maddə 184)
ilə təsdiq edilmiş "Qazdan istifadə
Qaydaları"nın 2.2-ci bəndində "işçi və
qəbul komissiyaları" sözləri "işçi
komissiyası" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 21 iyun.- S.2.