Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 132                         Bakı şəhəri, 12 iyun 2013-cü il

 

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il

 

4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il

3 avqust tarixli 171 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 8, maddə 820) ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1.1-ci yarımbənddə "sanitar-epidemioloji rəyə" sözləri "uyğunluq sertifikatına" sözləri ilə əvəz edilsin;

2. 1.7.1-ci yarımbənddə "şəhər kənd yaşayış məntəqələrinin planlaşdırılmasına tikintisinə dair tələblərə" sözləri "ərazi planlaşdırılması sənədlərinə" sözləri ilə əvəz edilsin;

3. 2.2.2-ci yarımbənddə "kənd şəhər məntəqələrinin planlaşdırılmasına tikintisinə dair normaların" sözləri "ərazi planlaşdırılması sənədlərinə, şəhərsalma tikintiyə dair normativ sənədlərin" sözləri ilə əvəz edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 21 iyun.- S.2.