Ölkəmiz Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunur

 

İyunun 20-də Avropa İttifaqının dəstəyi ilə  Ukraynanın paytaxtı Kiyevdə "Şərq Tərəfdaşlığı" ölkələrinin gənclər siyasəti" Beynəlxalq konfransı işə başlamışdır.

Konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev, Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) baş katibi Vüsal Qurbanov, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatları ilə iş sektorunun əməkdaşı Nisə Paşayeva, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, "İrəli" İctimai Birliyinin beynəlxalq əlaqələr mərkəzinin rəhbəri Türkan Vüsətqızı təmsil edirlər.

ASAIF-dən bildirmişlər ki, konfransın əsas məqsədi Avropa İttifaqının gənclər siyasətinin prioritetləri ilə tanışlıq, "Şərq Tərəfdaşlığı" ölkələrinin gənclər təşkilatları arasında əlaqələrin inkişaf etdirilməsi və gələcək fəaliyyətlərin müzakirəsidir.

Konfransda "Şərq Tərəfdaşlığı" ölkələrinin dövlət rəsmiləri və gənclər təşkilatlarının nümayəndələri iştirak edirlər.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 21 iyun.- S.7.