Azərbaycan Prezidenti İlham
Əliyev və Avropa İttifaqı Şurasının
prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla
çıxış etmişlər
İyunun 21-də Brüsseldə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış etmişlər.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun bəyanatı
- Xanımlar və cənablar!
Bu gün yenidən
Azərbaycan Prezidenti İlham Əliyevi salamlamaqdan məmnunam. Biz artıq bir neçə dəfə görüşmüşük. Sonuncu dəfə keçən il
iyulun 5-də Bakıya
səfərim zamanı
görüşümüz olub və Sizə
qonaqpərvərliyiniz üçün
bir daha təşəkkür edirəm.
Bu gün biz səmimi,
geniş və konstruktiv müzakirələr
apardıq. Bu müzakirələr
Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı
maraq doğuran sahələri və eyni zamanda, münasibətlərimizin
inkişafını əhatə
etdi.
Digər mövzularla yanaşı,
biz enerji məsələsini
də müzakirə etdik. Mən hər iki tərəf üçün
vacib strateji layihə olan "Cənub" qaz dəhlizində əldə
edilən əhəmiyyətli
nailiyyətlərlə bağlı
razılığımı bildirdim. Bu işə
rəhbərliyinə görə
Prezident Əliyevə
təşəkkür etdim.
Daha geniş şəkildə
desəm, mən təsdiq etdim ki, Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır, biz enerji
sahəsində birgə
çalışaraq, böyük
nailiyyətlər əldə
etmişik. Amma
biz daha çox iş görə
bilərik.
Mən bir daha qeyd etdim
ki, Avropa İttifaqı Şurasının
prezidenti Azərbaycan ilə demokratik və müştərək
dəyərlər, xüsusilə
insan hüquqları və fundamental azadlıqlar
sahəsində uzunmüddətli
və köklü əməkdaşlıqda qəti
niyyətlidir.
Biz, həmçinin 2013-cü ildə reallaşdırılacaq
əsas tədbirləri
nəzərdən keçirdik
və qiymətləndirdik. Bunlardan biri,
əlbəttə ki, prezident seçkiləridir.
Avropa İttifaqı ümid edir ki, bu
seçkilər yüksək
standartlara uyğun keçiriləcəkdir. Biz,
həmçinin Şərq
tərəfdaşlığındakı irəliləyişləri nəzərdən
keçirdik və mən Assosiativ Müqaviləyə əsaslanan
yeni münasibətlərin
qurulması ilə bağlı güclü niyyətimi bildirdim. Nəhayət, biz regional və beynəlxalq məsələləri
müzakirə etdik.
Bu müzakirələr zamanı Prezidentin fikirləri və perspektivlər mənim marağıma səbəb
oldu. Gözlədiyiniz
kimi, mən vurğuladım ki, Avropa İttifaqı hesab edir ki,
Dağlıq Qarabağ
münaqişəsi ədalətli
şəkildə həll
edilmədən Cənubi
Qafqazda sabitliyə
nail oluna bilməz və biz ATƏT-in Minsk qrupunun
vasitəçilik cəhdlərini
dəstəkləməkdə davam edirik.
Mən həftənin
əvvəlində Laf
Erndə iştirak etdiyim "Böyük Səkkizlik"in sammitində
Minsk qrupunun həmsədr
ölkələrinin prezidentlərinin
verdikləri bəyanatları
dəstəklədiyimi bildirdim. Minsk qrupu ölkələrinin prezidentləri tərəflərin
rəhbərlərini Helsinki prinsiplərinə, xüsusilə
də güc tətbiq etməməyə,
güc təhlükəsinin
olmamasına, ərazi
bütövlüyünə, bərabər hüquqlara və xalqların öz müqəddəratını
təyin etməsi prinsiplərinə qayıtmağa
çağırırlar. Onlar regionda gərginliyin artmasına və münaqişənin irəliləməsinə
gətirib çıxara
biləcək istənilən
fəaliyyətdən qaçmağa
çağırırlar. Mən, həmçinin münaqişə
tərəfləri arasında
olan uçurumu aradan qaldırmağa yönəlmiş hazırkı
tədbirləri genişləndirmək
niyyətimi bir daha bildirdim.
Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər yaxşıdır. Bizim uzunmüddətli
öhdəliyimiz Assosiativ
Müqavilə üzrə
danışıqları tamamlamağa
yönəlmiş işlərimiz
vasitəsilə bu münasibətləri daha
da möhkəmləndirməkdir.
Assosiativ
Müqavilə ilə
bizim münasibətlərimiz
potensialını tam şəkildə
reallaşdıra bilər.
Cənab Prezident! Səfərinizə
görə Sizə təşəkkür edirəm.
Azərbaycan.-2013.- 22 iyun.- S.1.