Vergilər naziri Lənkəranda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.

AzərTAc xəbər verir ki, iyunun 20-də vergilər naziri Fazil Məmmədov Lənkəran şəhərindəki 6 saylı Ərazi Vergilər İdarəsində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gələnlər vergi sahəsində qarşılaşdıqları problemlərlə bağlı nazirə müraciət edərək, onları narahat edən məsələlərin həllinə kömək göstərməyi xahiş etmişlər.

Vətəndaşlar həmçinin vergi qanunvericiliyinə bir sıra dəyişikliklərin edilməsinə dair təkliflərini bildirmişlər.

Nazir Fazil Məmmədov vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir sakinin müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını vermişdir.

Qəbul zamanı qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmışdır.

Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2013.- 21 iyun.- S.9.