Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa
Komissiyasının sədri Xose Manuel Barrozunun görüşü
Azərbaycan Prezidenti İlham Əliyevin Belçika Krallığına
işgüzar səfəri
İyunun 21-də Brüsseldə Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin və Avropa Komissiyasının sədri
Xose Manuel Barrozunun görüşü olmuşdur.
Əvvəlcə rəsmi foto çəkdirildi.
Görüşdə
Azərbaycan ilə Avropa Komissiyası arasında əlaqələrin
inkişafından məmnunluq ifadə olundu. İqtisadi və
enerji sahələrində əməkdaşlığın
bundan sonra da genişlənməsi üçün
yaxşı potensialın olduğu vurğulandı.
Görüşdə əlaqələrimizin hazırkı vəziyyəti
və perspektivlərinə dair fikir mübadiləsi
aparıldı.
AzərTAc
Azərbaycan.-2013.- 22 iyun.- S.2.