Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli qərarı ilə
təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi
Qaydaları"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 138 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci
il 29 dekabr tarixli 802 nömrəli fərmanının
1.3-cü bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, ¹ 5, maddə 355; 2002, ¹ 11, maddə 678;
2003, ¹ 6, maddə 342; 2004, ¹ 4, maddə 308, ¹ 5, maddə 385, ¹ 8,
maddə 655, ¹ 11, maddə 966; 2005, ¹ 6, maddə 558, ¹ 11, maddə
1061; 2006, ¹ 3, maddə 297, ¹ 5, maddə 463; 2007, ¹ 5, maddə
543; 2008, ¹ 2, maddə 118; 2010, ¹ 4, maddə 352) ilə təsdiq
edilmiş "Fiziki şəxslər tərəfindən
istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan malların Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirilməsi
Qaydaları"nın 2.10-cu bəndində "3 blok"
sözləri "600 ədəd" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 21 iyun.- S.4.