Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarı
ilə təsdiq edilmiş "Bakı Metropoliteninin Nizamnaməsi"ndə
dəyişikliklər edilməsi haqqında
Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 147 Bakı şəhəri, 20 iyun
2013-cü il
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 647 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Ka binetinin 1995-ci il
4 sentyabr
tarixli 197 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 10, maddə 917)
ilə təsdiq edilmiş "Bakı Metropoliteninin Nizamnaməsi"nin
2.2.15-ci yarımbəndinin sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin
və aşağıdakı məzmunda 2.2.16-cı yarımbənd
əlavə edilsin:
"2.2.16.
illik maliyyə hesabatlarını qanunla müəyyən
edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə
dərc etmək.".
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 22 iyun.- S.4.