Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il  12 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması Qaydaları"nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 148                   Bakı şəhəri, 20 iyun 2013-cü il

 

 

 

 "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 647 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 12 yanvar tarixli 3 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 74) ilə təsdiq edilmiş "Bələdiyyələrin mülkiyyətində olan müəssisə və təşkilatların maliyyə və təsərrüfat fəaliyyəti göstəricilərinin qeydiyyata alınması Qaydaları"nın 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

"4. Bələdiyyələrin tabeliyində olan müəssisə və təşkilatlar tərəfindən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz fəaliyyətinə dair tərtib edilmiş rüblük və illik maliyyə hesabatları qanunla müəyyən edilmiş qaydada və hallarda müvafiq orqanlara təqdim olunur və dərc etdirilir.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 22 iyun.- S.4.