"Ailə kəndli təsərrüfatının
illik dövriyyəsinin yuxarı həddinin müəyyən
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il 16 yanvar tarixli 11 nömrəli qərarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 139 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Ailə
kəndli təsərrüfatının illik dövriyyəsinin
yuxarı həddinin müəyyən edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 16 yanvar tarixli 11 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 1,
maddə 42) 1-ci hissəsində "şərti maliyyə
vahidinin 2000 misli" sözləri "5000 manat" sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 22 iyun.- S.4.