"İdman mərc oyunlarının həyata
keçirilməsi məqsədi ilə hüquqi şəxsin
akkreditasiya olunması Qaydası"nın və "İdman
mərc oyunlarının təşkili və keçirilməsi
Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 140 Bakı şəhəri,
12 iyun 2013-cü il
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 8, maddə 762; 2012, ¹ 5, maddə 494) aşağıdakı dəyişikliklər edilsin:
1. həmin qərarla təsdiq edilmiş "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın 1.2-ci bəndində "hüquqi şəxs (bundan sonra - Operator)" sözləri "hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - Operator)" sözləri ilə əvəz edilsin;
2. həmin qərarla təsdiq edilmiş "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.3-cü bənddə "hüquqi şəxs (bundan sonra - Operator)" sözləri "hüquqi şəxs (idman mərc oyunlarının operatoru) (bundan sonra - Operator)" sözləri ilə əvəz edilsin;
2.2.
2.1-ci bənddə "qazandıran oyunlar" sözləri
"qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən
keçirilən oyunlar" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 22 iyun.- S.4.