"Əlillərin, sağlamlıq
imkanları məhdud uşaqların, İkinci
Dünya müharibəsi
iştirakçılarının, şəhid ailələrinin,
Çernobıl AES-də qəzanın nəticələrinin
köçürmə zonasında ləğv edilməsinin
iştirakçılarının, eləcə də
köçürülmə günü ana bətnində olan uşaqlar
da daxil edilməklə,
uzaqlaşdırma və köçürmə zonalarından köçürülmüş
uşaqların və ya 18 yaşınadək
yeniyetmələrin, habelə 1986-cı il
aprelin 26-dan sonra doğulmuş və Çernobıl AES-də
qəzanın nəticələrinin ləğv edilməsinin
iştirakçısı olmuş, yaxud Çernobıl qəzası
nəticəsində zərər çəkmiş və birbaşa radioaktiv şüalanmaya məruz qalmaq
ehtimalı olmuş valideynlərin birindən
olan uşaqların, valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş
uşaqların, fövqəladə hallarda
insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşların
sanatoriya-kurort müalicəsi ilə təmin
edilməsi Qaydalarının və Hərbi
qulluqçuların və onların ailə üzvlərinin
(müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ailələrindən başqa) sanatoriyalarda və
istirahət evlərində sanatoriya-kurort
müalicəsi, pansionatlarda və turist bazalarında istirahət üçün
putyovkalarla (yollayışlarla) təmin
olunması Qaydasının təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəliqərarında
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 144 Bakı şəhəri,
18 iyun 2013-cü il
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını
rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 539; 2003, ¹ 6, maddə 342;
2006, ¹ 10, maddə 903; 2007, ¹ 2, maddə 199; 2008, ¹ 2, maddə
130; 2010, ¹ 10, maddə 903; 2012, ¹ 12, maddə 1357) ilə təsdiq
edilmiş "Hərbi qulluqçuların və onların
ailə üzvlərinin (müddətli həqiqi hərbi xidmət
hərbi qulluqçularının ailələrindən başqa)
sanatoriyalarda və istirahət evlərində sanatoriya-kurort
müalicəsi, pansionatlarda və turist bazalarında istirahət
üçün putyovkalarla (yollayışlarla) təmin
olunması Qaydası"nın 1-ci və 3-cü hissələrindən
"əlilliyə görə" sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 22 iyun.- S.4.