Səhiyyə naziri Şirvan şəhərində
vətəndaşları qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə əsasən, iyunun 21-də səhiyyə naziri Oqtay Şirəliyev Şirvan Müalicə-Diaqnostika Mərkəzində vətəndaşları qəbul etmişdir. Qəbulda Şirvan şəhərinin, Sabirabad, Hacıqabul, Saatlı, Salyan və Neftçala rayonlarının sakinləri iştirak etmişlər.
Qəbulda nazir Oqtay Şirəliyevə əsasən, yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələrin müalicəsinə kömək göstərmək və işə qəbulla bağlı müraciətlər olunmuşdur.
Qaldırılan məsələlərin bir neçəsi yerindəcə həll edilmiş, digər müraciətlərin müsbət həllinə kömək göstərilməsi məqsədi ilə nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verilmişdir.
Bəzi
vətəndaşların nazirliyin səlahiyyətlərinə
aid olmayan, şəxsi xarakter daşıyan müraciətləri
isə aidiyyəti təşkilatlara çatdırılmaq
üçün qeydiyyata
alınmış və nəzarətə
götürülmüşdür.
AzərTAc
Azərbaycan.-2013.- 22 iyun.- S.7.