Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Hava Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 154 Bakı şəhəri,
20 iyun 2013-cü il
"Mühasibat uçotu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və
"Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli
Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
4 iyun tarixli 647 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008, ¹ 4, maddə 324, ¹ 10, maddə 929, ¹ 12,
maddə 1117) ilə təsdiq edilmiş "Azərbaycan Hava
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.
5.3-cü bənddə "mətbu orqanda" sözləri
"qanunla müəyyən edilmiş qaydada" sözləri
ilə əvəz edilsin;
2.
5.4-cü bənddə "illik maliyyə hesabatına və
birləşdirilmiş (konsolidə edilmiş) maliyyə
hesabatlarına baxır, icmallaşdırır və təsdiq
edir, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti
barədə ümumi hesabat, balans tərtib edir və müəyyən
edilmiş qaydada" sözləri "illik maliyyə
hesabatlarına baxır və təsdiq edir, Cəmiyyət
üzrə illik birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını tərtib edərək
qanunvericilik aktlarının tələblərinə uyğun
olaraq" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 23 iyun.- S.2.