Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229 nömrəli
qərarı ilə təsdiq edilmiş
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsi"ndə dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 151 Bakı şəhəri,
20 iyun 2013-cü il
"Mühasibat uçotu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və
"Mühasibat uçotu haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli
Fərmanında dəyişikliklər edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il
4 iyun tarixli 647 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 229
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005, ¹ 12, maddə 1229; 2009, ¹ 10, maddə
846; 2010, ¹ 11, maddə 1039) ilə təsdiq edilmiş "Azəristiliktəchizat"
Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə
aşağıdakı dəyişikliklər edilsin:
1. 6.2-ci bənddə "illik hesabatı və mühasibat balansını" sözləri "illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını" sözləri ilə, "auditor rəyi ilə birlikdə mətbu orqanda" sözləri "qanunla müəyyən edilmiş hallarda və qaydada auditor rəyi ilə birlikdə" sözləri ilə əvəz edilsin;
2.
7.6.9-cu yarımbənddə "illik hesabatları,
mühasibat balansları, mənfəət və zərər
hesabatları" sözləri "illik maliyyə
hesabatları və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatları" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2013.- 23 iyun.- S.2.