Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2007-ci il 15 noyabr tarixli 180 nömrəli qərarı
ilə təsdiq edilmiş "Azəryolservis"
Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 153 Bakı şəhəri,
20 iyun 2013-cü il
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 647 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr tarixli 180 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 11, maddə 1182) ilə təsdiq edilmiş "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 6.3-cü bənddə "auditor rəyi ilə birlikdə mətbu orqanda" sözləri "qanunla müəyyən edilmiş qaydada və hallarda auditor rəyi ilə birlikdə" sözləri ilə əvəz edilsin;
2. 6.4-cü bənddə "illik maliyyə hesabatına və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarına baxır, icmallaşdırır və təsdiq edir, həmçinin maliyyə-təsərrüfat fəaliyyəti barədə ümumi hesabat, balans tərtib edir və tabeliyində olduğu icra hakimiyyəti orqanına" sözləri "illik maliyyə hesabatlarına baxır və Cəmiyyət üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edərək tabeliyində olduğu icra hakimiyyəti orqanına və qanunvericilik aktlarının tələblərinə uyğun olaraq digər orqanlara" sözləri ilə əvəz edilsin;
3.
8.1.14-cü yarımbənddə "ilin yekun maliyyə-təsərrüfat
fəaliyyəti ilə bağlı balansa" sözləri
"illik maliyyə hesabatlarına və birləşdirilmiş
(konsolidə edilmiş) maliyyə hesabatlarına" sözləri
ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 23 iyun.- S.2.