Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli  106  nömrəli qərarı ilə təsdiq  edilmiş "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 150             Bakı şəhəri, 20 iyun 2013-cü il

 

 

 

 

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli Qanununun tətbiqi və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli  647 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 iyun tarixli 106 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 542; 2006, ¹ 11, maddə 1003; 2009, ¹ 1, maddə 22) ilə təsdiq edilmiş "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 7.2.2-ci yarımbənddə "illik hesabatı və mühasibat balansı" sözləri "illik maliyyə hesabatları" sözləri ilə əvəz edilsin;

2. 9.1.4-cü yarımbənddə "illik hesabatlarını, mühasibat balanslarını, mənfəət və zərər hesablarını" sözləri "illik maliyyə hesabatlarını" sözləri ilə əvəz edilsin;

3. 11.2-ci bənddə "və əməliyyat uçotu, statistik hesabat aparır, balans və bəyannamə" sözləri "uçotunu aparır, maliyyə hesabatlarını, statistik hesabatları və bəyannamələri" sözləri ilə əvəz edilsin;

4. 11.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"11.3. Cəmiyyət illik maliyyə hesabatlarını hər il qanunla müəyyən edilmiş qaydada dərc etdirir.".

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 23 iyun.- S.2.