Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 22 mart tarixli 50
nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin
Nizamnaməsi"ndə dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
№ 149
Bakı
şəhəri, 20 iyun 2013-cü il
"Mühasibat
uçotu haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının 2012-ci il 1 may tarixli 350-IVQD nömrəli
Qanununun tətbiqi və "Mühasibat uçotu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 7 fevral tarixli 192 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 647 nömrəli Fərmanının
1.2-ci bəndinin icrasını təmin etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442) ilə təsdiq edilmiş "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 4.15-ci bənddə "illik hesabatı və mühasibat balansını" sözləri "illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını" sözləri ilə əvəz edilsin;
2. 5.1.2-ci yarımbənddə "illik hesabatı və mühasibat balansı" sözləri "illik maliyyə hesabatları və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları" sözləri ilə əvəz edilsin;
3.
6.1.3-cü yarımbənddə "illik hesabatlarını,
mühasibat balanslarını, mənfəət və zərər
hesablarını" sözləri "illik maliyyə
hesabatlarını və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatlarını" sözləri ilə
əvəz edilsin;
4.
9.2.12-ci yarımbənddə "illik hesabları, mühasibat
balansları, mənfəət və zərər
hesabları" sözləri "illik maliyyə
hesabatları və birləşdirilmiş (konsolidə
edilmiş) maliyyə hesabatları" sözləri ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 23 iyun.- S.2.