Sloveniya
Respublikasının Prezidenti zati-aliləri cənab Borut Pahora
Hörmətli
cənab Prezident!
Ölkənizin
milli bayramı - Dövlətçilik günü münasibətilə
Sizi və xalqınızı Azərbaycan xalqı adından və
şəxsən öz adımdan səmimi qəlbdən təbrik
edirəm.
İnanıram
ki, Azərbaycan-Sloveniya dövlətlərarası münasibətlərinin
inkişafı, dostluq əlaqələrimizin möhkəmlənməsi,
əməkdaşlığımızın əhatə dairəsinin
genişlənməsi yolunda səylərimizi bundan sonra da
ardıcıl şəkildə davam etdirəcəyik.
Belə
bir əlamətdar gündə Sizə möhkəm
cansağlığı, işlərinizdə uğurlar, dost
Sloveniya xalqına daim əmin-amanlıq və firavanlıq
arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 6 iyun 2013-cü il
Azərbaycan.-2013.- 25 iyun.- S.1.