Xorvatiya Respublikasının Prezidenti zati-aliləri cənab İvo Yosipoviçə

 

Hörmətli cənab Prezident!

Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Xorvatiya əlaqələri dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim sülh və tərəqqi diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 6 iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 25 iyun.- S.1.