Hindistan Respublikasının Prezidenti zati-aliləri cənab Pranab Mukherciyə

 

Hörmətli cənab Prezident!

Ölkənizdə baş vermiş irimiqyaslı təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına Azərbaycan xalqı adından və öz adımdan dərin hüznlə başsağlığı verir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 24  iyun 2013-cü il

 

Azərbaycan.-2013.- 25 iyun.- S.1.