«Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq
edilməsi və aparatının işçilərinin say həddinin
müəyyən edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli
fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"ni "Reklam haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 569-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 5, maddə 411, ¹ 8, maddə 680; 2007, ¹ 6, maddə 602, ¹ 8, maddə 770, ¹ 10, maddə 947; 2008, ¹ 7, maddə 612, ¹ 11, maddələr 967, 970; 2009, ¹ 10, maddə 779, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə 688, ¹ 9, maddə 855; 2013, ¹ 2, maddə 114) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.9-1-ci yarımbənd əlavə edilsin:
"8.9-1.
özəl tibb fəaliyyəti subyektləri tərəfindən
göstərilən tibbi xidmətlərin reklamının
yayımına rəy vermək;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyun 2013-cü il
Azərbaycan.-2013.- 26 iyun.- S.3.