Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 20 aprel tarixli 395 nömrəli fərmanı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət
Dəniz Administrasiyası haqqında Əsasnamə»də dəyişikliklər
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə"ni "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 15 fevral tarixli 558-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli
fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 4, maddə 327; 2008, ¹ 8, maddə 720, ¹ 11, maddələr
970, 980; 2009, ¹ 12, maddə 983; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 7, maddə
678) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Dövlət Dəniz Administrasiyası
haqqında Əsasnamə"nin 8.14-cü, 8.21-ci və
8.36.13-cü yarımbəndlərində
"bayrağı" sözündən əvvəl
"Dövlət" sözü əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyun 2013-cü il
Azərbaycan.-2013.- 26 iyun.- S.3.