Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə
təsdiq edilmiş «Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların dövriyyəsinə xüsusi icazə verən
mərkəzi icra hakimiyyəti orqanlarının
Siyahısı»nda dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanını “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 554-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 9, maddə 798, ¹ 10, maddə 918; 2006, ¹ 5, maddə
408; 2007, ¹ 3, maddə 232, ¹ 8, maddə 765; 2008, ¹ 1, maddə 7, ¹
8, maddə 719; 2009, ¹ 3, maddə 163) ilə təsdiq edilmiş
“Mülki dövriyyənin müəyyən
iştirakçılarına mənsub ola bilən və
dövriyyədə olmasına xüsusi icazə əsasında
yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış)
əşyaların dövriyyəsinə xüsusi icazə verən
mərkəzi icra hakimiyyəti orqanlarının
Siyahısı”na aşağıdakı məzmunda 15-ci bənd
əlavə edilsin:
15.Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən olunmuş milli əlaqələndirici institutun qərarı nəzərə alınmaqla)
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyun 2013-cü il
Azərbaycan.-2013.- 26 iyun.- S.3.