Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
İdarəsinin Əsasnaməsi»ndə dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsi"ni "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 445-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138
nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 10, maddə 794; 2008, ¹ 1, maddə 9; 2011, ¹ 3, maddə
183, ¹ 4, maddə 273, ¹ 5, maddə 379) ilə təsdiq
edilmiş "Azərbaycan Respublikasının Baş prokuroru
yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin
Əsasnaməsi"nin 7.1-ci yarımbəndində
"götürür" sözündən sonra ",
"Daşınmaz əmlakın dövlət reyestri haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,
daşınmaz əmlakın dövlət reyestri məlumatlarının
alınması ilə bağlı əsaslandırılmış
yazılı sorğular verir" sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
25 iyun 2013-cü il
Azərbaycan.-2013.- 26 iyun.- S.4.