«Reklam haqqında» Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanını "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 fevral tarixli 569-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Reklam
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 1,
maddə 13; 2001, ¹ 10, maddə 640; 2002, ¹ 8, maddə 487; 2005, ¹
2, maddə 69; 2008, ¹ 1, maddə 8; Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 3 may
tarixli 874 nömrəli fərmanı) 3-cü hissəsinin
beşinci abzasında "3-cü və 6-cı" sözləri
"3-cü, 3-1-ci və 6-cı" sözləri ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 iyun
2013-cü il
Azərbaycan.-2013.- 26 iyun.- S.4.