Əli Əhmədov: Vətəndaşlarımız
ümidlərinin reallaşması
üçün Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər
İyunun
25-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr
müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun
sədrliyi ilə YAP Nərimanov rayon təşkilatı ərazi
ilk təşkilatlarının sədrləri ilə
görüş keçirilmişdir.
AzərTAc
xəbər verir ki, görüş
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin təşkilatın foyesindəki
büstü önünə güllər düzmüş,
dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Görüşdə
çıxış edən Əli Əhmədov
bildirmişdir ki, tədbirin məqsədi bu il keçiriləcək
prezident seçkilərində Azərbaycan dövlətinin
başçısı İlham Əliyevin namizədliyini dəstəkləmək,
seçki kampaniyasının yüksək fəallıq şəraitində
keçirilməsinə töhfə verməkdir. Aparılan
müşahidələr Azərbaycan seçicilərinin
böyük əksəriyyətinin Prezident İlham Əliyevin
namizədliyini dəstəklədiyini göstərir. Bunun
böyük əsasları vardır. Çünki son 10 ildə
dövlət başçısı İlham Əliyevin səyləri
nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən
xeyli inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin
mövqeləri güclənmişdir. Eyni zamanda Azərbaycan əhalisinin
rifahı yüksəlmişdir.
"Bu
dəyişiklər hər birimizin gözü önündə
baş vermişdir" - deyən Ə.Əhmədov
vurğulamışdır ki, hazırda Azərbaycan vətəndaşları
müasir həyat standartlarına uyğun yaşayırlar.
Vaxtilə Azərbaycanda insanlar yalnız yaşamaq haqqında
düşünürdülərsə, indi yaxşı
yaşamaq haqqında düşünürlər. Bu, o deməkdir
ki, insanların həyatında müsbət dəyişikliklər
baş verir. Bugünkü hökumət insanların
yaxşı yaşamaları üçün hər cür
şərait yaratmışdır. Bu, Prezident İlham Əliyevin
həyata keçirdiyi siyasətin uğurudur.
Bu
gün müasirləşmə siyasətinin həyata
keçirildiyi Azərbaycanda sabitliyin, əmin-amanlığın
ən vacib amillərdən olduğunu qeyd edən Ə.Əhmədov
demişdir ki, hər bir vətəndaşımızın
rahat yaşaması üçün təmin olunan rifah
bugünkü Azərbaycan reallığının ən
mühüm nemətlərindən biridir. İnsanlar
inanırlar ki, növbəti beş ildə də Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da
inkişaf edəcəkdir. Vətəndaşlarımız
ümidlərinin reallaşması üçün Prezident
İlham Əliyevin namizədliyini dəstəkləyirlər.
Digər
çıxış edənlər də ölkəmizin gələcək
tərəqqisi, xalqımızın rifahı naminə Azərbaycan
vətəndaşlarının haqlı olaraq bu il keçiriləcək
prezident seçkilərində dövlət
başçısı İlham Əliyevin namizədliyinin dəstəkləməsini
yüksək qiymətləndirmişlər.
Azərbaycan.-2013.- 26 iyun.- S.4.