Azərbaycan Prezidenti İlham Əliyev
Böyük Britaniyanın Müdafiə Nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik
Strategiyası üzrə birinci müavinini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də
Böyük Britaniyanın Müdafiə Nazirinin Parlamentar Beynəlxalq
Təhlükəsizlik Strategiyası üzrə birinci
müavini Endrü Morrisonu qəbul etmişdir.
Görüşdə
Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin
yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın
müxtəlif istiqamətlərdə, o cümlədən
iqtisadi, enerji və digər sahələrdə
inkişafından məmnunluq ifadə olundu, ölkələrimizin
BMT çərçivəsində əməkdaşlığının
önəmi vurğulandı. Söhbət zamanı Azərbaycan
hərbçilərinin Əfqanıstandakı sülhməramlı
missiyanın tərkibindəki uğurlu fəaliyyəti və
ölkəmizin Beynəlxalq Təhlükəsizliyə
Yardım Qüvvələrinə verdiyi töhfə yüksək
qiymətləndirildi, bu əməkdaşlığın gələcəkdə
də davam etdiriləcəyinə əminlik ifadə olundu.
AzərTAc
Azərbaycan.-2013.- 26 iyun.- S.3.