A.M.Vəliyevin «Şöhrət» ordeni ilə
təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasında statistika işinin təşkilində xidmətlərinə
görə Arif Mikayıl oğlu Vəliyev "Şöhrət"
ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 iyun 2013-cü il
Azərbaycan.-2013.- 28 iyun.- S.3.