Rumıniyanın Baş naziri Azərbaycana
rəsmi səfərə gəlmişdir
Rumıniyanın Baş naziri Viktor Ponta iyunun 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya hökuməti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdür.
Hava limanında Rumıniyanın Baş naziri Viktor Pontanı Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşılamışlar.
Rumıniyanın və Azərbaycanın dövlət himnləri səsləndirildi.
Sonra
Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Viktor
Ponta və Elçin Əfəndiyev arasında qısa protokol
söhbəti oldu.
AzərTAc
Azərbaycan.-2013.- 28 iyun.- S.4.