Azərbaycan Prezidenti İlham Əliyev Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, Prezident İlham Əliyevin Brüsselə səfəri və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsinə dair Avropa İttifaqının rəhbərləri ilə apardığı səmərəli müzakirələrin önəmli olduğu qeyd edildi. Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası  arasında əməkdaşlığı genişləndirməyin əhəmiyyəti vurğulandı, Avropa Xalq Partiyasının Xarici Əlaqələr üzrə ekspert qrupunun həmsədri, İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattinin ölkəmizə səfərinin bu əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu. Söhbət zamanı, həmçinin Avropanın bəzi qurumlarının, o cümlədən Avropa Xalq Partiyasının bəzi nümayəndələrinin Azərbaycanda gedən inkişaf prosesləri ilə əlaqədar həqiqətə uyğun olmayan  qeyri-obyektiv mövqe nümayiş etdirmələrinin əməkdaşlığımızın genişləndirilməsi işinə xidmət etmədiyi vurğulanaraq bu məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 29 iyun.- S.1.