«Avtomobil yolları haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3, I kitab, maddə 125; 2001, ¹12, maddələr 731, 736; 2004, ¹ 11, maddə 901; 2006, ¹ 6, maddə 478; 2007, ¹ 5, maddə 436, ¹ 10, maddə 938; 2008, ¹ 5, maddə 348, ¹ 7, maddə 602; 2012, ¹ 6, maddə 506) aşağıdakı dəyişikliklər edilsin:
1. preambulada "saxlanılması" sözündən sonra ", qorunması" sözü əlavə edilsin və aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
"Bu qanun mülkiyyətçisindən, istifadəçilərindən və əhəmiyyətindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün avtomobil yollarına şamil edilir.";
2. 1-ci maddənin birinci hissəsi
üzrə:
2.1. ikinci
bənddə "eyni səviyyədə kəsişmələri
olmayan" sözlərindən sonra ", habelə hərəkət
hissəsində nəqliyyat vasitələrinin dayanması və
ya durması qadağan edilmiş, hər 50 kilometrdən
çox olmayan məsafədə xüsusi istirahət yerləri
və dayanacaq meydançaları ilə təchiz
edilmiş" sözləri əlavə edilsin;
2.2. on
birinci bənddə "sürücülər"
sözündən sonra ", sərnişinlər"
sözü əlavə edilsin;
2.3. on
dördüncü bənddə "buraxmaq" sözü
"buraxma" sözü ilə əvəz edilsin;
2.4. on səkkizinci
bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda yeni bəndlər əlavə
edilsin:
"avtomobil
yollarının sahibləri - dövlət avtomobil yollarına
münasibətdə müvafiq icra hakimiyyəti orqanı,
yaxud təsərrüfat məqsədləri və ya operativ
idarəçilik üçün avtomobil yollarına təhkim
olunmuş hüquqi şəxslər, bələdiyyə və
özəl avtomobil yollarına münasibətdə müvafiq
olaraq bələdiyyələr və mülkiyyətində və
(və ya) istifadəsində avtomobil yolları olan hüquqi və
fiziki şəxslərdir;";
"ağırçəkili
nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil
yolları və yol qurğuları üçün müəyyən
edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü
və ya yüksüz nəqliyyat vasitəsidir;";
"iriqabaritli
nəqliyyat vasitəsi - ümumu istifadədə olan avtomobil
yolları və yol qurğuları üçün müəyyən
edilmiş qabarit parametr hədlərini aşan yüklü və
ya yüksüz nəqliyyat vasitəsidir;";
"təhkim
zolağı - avtomobil yolunun yerləşdirilməsi
üçün ayrılmış torpaq sahələridir;";
"qorunma
(mühafizə) zolağı - təhkim zolağına hər
iki tərəfdən bitişik və avtomobil yolları üçün
ayrılmış, xüsusi istifadə rejimi olan torpaq sahələridir;";
"yolkənarı
xidmət obyektləri - qorunma (mühafizə) zolağında
yerləşən, avtomobil yollarından istifadəçilərin
ehtiyaclarını ödəmək üçün nəzərdə
tutulmuş tikililər və qurğular, o cümlədən
sosial, ticarət, ictimai iaşə, nəqliyyat infrastrukturu təyinatlı
obyektlərdir.";
3. 4-cü maddənin
dördüncü hissəsində "yerli" sözündən
sonra ", şəhər" sözü əlavə
edilsin;
4. 5-ci maddə üzrə:
4.1. ikinci hissədə "həmçinin"
sözündən sonra "ödənişli,"
sözü əlavə edilsin;
4.2.
üçüncü hissədə "yerli"
sözündən sonra ", şəhər" sözü
əlavə edilsin;
5. 6-cı maddənin birinci hissəsində
ikinci halda "habelə" sözü "şəhər
və" sözləri ilə əvəz edilsin;
6. 7-ci
maddənin birinci hissəsində "şəhər, qəsəbə
və başqa yaşayış məntəqələri daxilində"
sözləri "şəhərlərin və rayon mərkəzlərinin
məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin
ərazisində" sözləri ilə əvəz edilsin;
7. aşağıdakı məzmunda
10-1-ci maddə əlavə edilsin:
"Maddə
10-1. Şəhər avtomobil yolları
Şəhər
avtomobil yolları ümumi istifadədə olan avtomobil
yollarının tərkibinə daxil olmaqla, şəhərlərin
inzibati-ərazi hüdudları daxilindəki küçə
və prospektləri əhatə edir.
Şəhər
avtomobil yolları şəbəkəsinin idarə
olunması, təmiri, saxlanılması, qorunması və vəziyyətinə
nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həyata keçirilir.
Şəhər
avtomobil yollarının təsnifatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
qaydada tərtib və təsdiq edilir.";
8. 12-ci
maddə ləğv edilsin;
9.
13-cü maddə üzrə:
9.1.
birinci hissədən sonra aşağıdakı məzmunda
ikinci hissə əlavə edilsin:
"Avtomobil
yollarının torpaq sahəsini təhkim və qorunma
(mühafizə) zolaqları təşkil edir.";
9.2.
üçüncü hissədə "Ümumi istifadədə
olan respublika və yerli əhəmiyyətli" sözlərindən
sonra ", habelə şəhər" sözləri,
"dövlət mülkiyyətidir" sözlərindən
sonra isə ", bölünməzdir və özgəninkiləşdirilə
bilməz" sözləri əlavə edilsin;
9.3.
beşinci hissədən sonra aşağıdakı məzmunda
yeni hissələr əlavə edilsin:
"Ümumi
istifadədə olan avtomobil yollarının torpaq sahələrində
müvafiq icra hakimiyyəti orqanının
razılığı olmadan və ya verilmiş razılıq
şərtləri pozulmaqla inşa edilmiş hər cür
tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və
qurğuların inşasına yol vermiş hüquqi və
fiziki şəxslər, onları bu qanunla və Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən
edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti
hesabına sökməlidir.
Avtomobil
yolunun sahibi, onun razılığı olmadan avtomobil yolunun
torpaq sahəsində tikinti, yenidənqurma və digər
işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən
bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili
və qurğuları həmin şəxslərin vəsaiti
hesabına sökmək, avtomobil yollarını əvvəlki
vəziyyətinə gətirməyi tələb etməlidir.
Bu işləri görən şəxslər avtomobil yolunun
sahibinin tələbinin icrasından imtina etdikdə və ya
razılaşdırılmış müddətdə yerinə
yetirmədikdə, tikinti və qurğuların sökülməsi,
avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsi
üzrə işlər avtomobil yolunun sahibinin qüvvəsi və
(və ya) vəsaiti hesabına yerinə yetirilir. Belə
hallarda avtomobil yolunun sahibinin həmin işlərin yerinə
yetirilməsi ilə əlaqədar çəkdiyi xərclər
qanunsuz tikinti, yenidənqurma və digər işləri
sifariş edən və ya aparan şəxslər tərəfindən
ödənilməlidir. Göstərilən xərclər
ödənilmədikdə, avtomobil yolunun sahibi müvafiq iddia
irəli sürmək hüququna malikdir.
Ümumi
istifadədə olan avtomobil yollarının torpaq sahələrində
yol hərəkətinin təhlükəsizliyini təmin edən
nişanlar və göstəricilər istisna olmaqla, yolkənarı
xidmət obyektləri, habelə reklam və digər məlumat
qurğuları avtomobil yolunun sahibinin yazılı
razılığı ilə və bağlanılan müqavilələr
əsasında yerləşdirilir.
Avtomobil
yolunun torpaq sahəsində tikinti, yenidənqurma və digər
işlərin aparılmasına, yolkənarı xidmət
obyektlərinin, habelə reklam qurğularının yerləşdirilməsinə
razılığın alınması üçün ərizəyə
avtomobil yolunun adı və istiqaməti göstərilməklə
sahənin sxemi, tikilməsi və ya
quraşdırılması nəzərdə tutulan obyektin,
yaxud qurğunun texniki planı əlavə
olunur.
Razılığın
verilməsi haqqında ərizəyə 15 gündən gec
olmayaraq baxılır.
Yazılı razılığın
şərtlərinə riayət edilməsi bütün
hüquqi və fiziki şəxslər üçün məcburidir
və onların yerinə yetirilməsinə nəzarət
müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Müvafiq
razılığın olmadığı və ya verilmiş
razılığın şərtləri yerinə yetirilmədiyi
hallarda avtomobil yollarının torpaq sahələrində
pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Azərbaycan
Respublikasının Cinayət, İnzibati Xətalar və
Mülki məcəllələrinə uyğun olaraq məsuliyyət
daşıyırlar.";
10.
14-cü maddənin mətni aşağıdakı redaksiyada
verilsin:
"Avtomobil
yollarının təhkim zolağı avtomobil yolları
üçün ayrılmış torpaq sahəsinin tərkib
hissəsi olmaqla yol konstruksiyasının özünün
tikintisi, istifadəsi, təmiri, saxlanılması, qorunması
üçün zəruri olan tikililərin, mühəndisi və
texniki qurğuların, habelə müvafiq konstruktiv elementlərin
(yolun hərəkət hissəsi, səkiləri, velosiped
yolları, dayanacaqlar, suötürücü və qoruyucu qurğular,
küvet və yol çiyni, dekorativ yaşıllıqlar) yerləşdiyi
ərazini əhatə edir.
Təhkim
zolağının ölçüləri avtomobil
yollarının təsnifat göstəriciləri və konkret
şərait nəzərə alınmaqla, müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada təyin edilir.
Bu qanunla
nəzərdə tutulmuş hallar istisna olmaqla, avtomobil
yollarının təhkim zolağı hüdudlarında
aşağıdakılar qadağandır:
- avtomobil
yollarının tikintisi, saxlanması, təmiri və yenidən
qurulması ilə bağlı olmayan işlərin
görülməsi;
- yol hərəkətinin
təhlükəsizliyi, sərnişin və yük
daşımaları sahəsində nəzarəti həyata
keçirən müvafiq icra hakimiyyəti orqanının xidməti
tikililəri və qurğuları istisna olmaqla, avtomobil
yollarının tikintisi, saxlanılması, təmiri, yenidən
qurulması üçün nəzərdə tutulmayan bina və
qurğuların yerləşdirilməsi;
- avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanması, çimin çıxarılması və qruntun götürülməsi, oradakı otların biçilməsi, ağacların qırılması;
- avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılması, habelə torpaq və çınqıl kütləsinin götürülməsi;
- suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yol boyu torpaq sahəsinə axıdılması;
- mal-qaranın otarılması, habelə onların avtomobil yollarının sahibləri ilə razılaşdırılmış, xüsusi müəyyən edilmiş yerlərdən kənar keçirilməsi;
- "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi;
- bu qanunla müəyyən olunmuş qaydalar pozulmaqla reklam və digər məlumat qurğularının yerləşdirilməsi.";
11. 15-ci maddə üzrə:
11.1. birinci hissəsində "kommunikasiyalarla" sözündən sonra "(qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya təminatı vasitələri və qurğuları)" sözləri əlavə edilsin;
11.2. üçüncü hissədən sonra aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:
"Kommunikasiyaların çəkilməsi və ya yenidən qurulması haqqında müraciətlərə 10 gün müddətində baxılır. Kommunikasiya xətlərində baş vermiş qəza hallarında müraciətlərə dərhal baxılır.";
11.3. altıncı hissəsində "sifarişçilər" sözündən sonra "avtomobil yolunun əvvəlki vəziyyətinə gətirilməsini təmin etməli və" sözləri əlavə edilsin;
11.4. aşağıdakı məzmunda yeddinci və səkkizinci hissələr əlavə edilsin:
"Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun sahibi avtomobil yolunu ilkin vəziyyətə gətirməli və sifarişçilərə qarşı bununla bağlı sərf etdiyi xərclərin ödənilməsi barədə iddia irəli sürmək hüququna malikdir.
Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyu yerləşən mövcud mühəndisi kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.";
12. aşağıdakı məzmunda 15-1-ci maddə əlavə edilsin:
"Maddə 15-1. Avtomobil yollarının qorunma (mühafizə) zolaqları
Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yolları üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir.
Avtomobil yollarının qorunma (mühafizə) zolaqları avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla, avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, təmiri, yenidən qurulması, saxlanılması üçün nəzərdə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir.
Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri avtomobil yollarının təsnifat göstəriciləri, perspektiv inkişafı və konkret şərait nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bələdiyyə və özəl avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla həmin yolların mülkiyyətçiləri tərəfindən müəyyən edilir.
Qorunma (mühafizə) zolaqlarının hüdudları avtomobil yollarının sahibləri tərəfindən işarələnməlidir.
Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması və yol hərəkətinin təhlükəsizliyi, sərnişin və yük daşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti ilə əlaqədar olan tikililər və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin və qurğuların yerləşdirilməsi qadağandır.
Ümumi istifadədə olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarında yerləşən yolkənarı xidmət obyektlərinin alğı-satqısı zamanı onun yeni sahibkarı torpaqdan istifadə şərtləri ilə tanış edilməlidir.";
13. aşağıdakı məzmunda 15-2-ci maddə əlavə edilsin:
"Maddə 15-2. Avtomobil yollarının ehtiyat zonaları
Avtomobil yollarının perspektiv inkişafı üçün torpaq sahələrindən avtomobil yolları üçün ehtiyat zonaları ayrılır.
Avtomobil yollarının ehtiyat zonalarının yeri və hüdudları, habelə orada bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.";
14. 16-cı maddənin beşinci hissəsi aşağıdakı redaksiyada verilsin:
"Yol qurğularının üzərindən kommunikasiyalar çəkilərkən və ya istismar olunarkən onların sahibləri yol qurğularının zədələnməsinin istisna olunmasını təmin etməlidirlər.";
15. 17-ci maddədə birinci hissədən sonra aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
"Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır.";
16. 18-ci maddənin birinci hissəsinin ikinci cümləsində "yollarında" sözü "yolları ilə" sözləri ilə əvəz edilsin, "səviyyəli" sözündən sonra "kəsişmələrdə" sözü əlavə edilsin;
17. 19-cu maddə üzrə:
17.1. birinci hissədə "zolağında reklam lövhələri, digər məlumat işarələri və göstəricilərinin" sözləri "və ya qorunma (mühafizə) zolağında reklam və məlumat qurğuları lövhələrinin" sözləri ilə əvəz edilsin;
17.2. üçüncü hissədə "Təhkim" sözü "Avtomobil yollarının təhkim və ya qorunma (mühafizə)" sözləri ilə əvəz edilsin, "və digər məlumat işarələri və göstəricilər" sözləri çıxarılsın;
18. aşağıdakı məzmunda II-I fəsil əlavə edilsin:
"Fəsil
II-I Ödənişli avtomobil yolları
Maddə
19-1. Ödənişli avtomobil yolları
Avtomobil
yolları şəbəkəsinin müasirləşdirilməsi
və genişləndirilməsi, yol təsərrüfatının
inkişaf etdirilməsi,
investisiyaların cəlb olunması, müasir standartlara
cavab verən avtomobil yollarının tikilməsi, avtomobil
yolları istifadəçilərinə yüksək xidmət
göstərilməsi, yollarda yüksək sürət
rejiminin və təhlükəsizliyin təmin olunması məqsədi
ilə yerli və respublika əhəmiyyətli avtomobil
yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə
və özəl avtomobil yollarında ödənişli
avtomobil yolları yaradıla bilər. Ödənişli
avtomobil yollarının yaradılması dövlət büdcəsinin,
yerli və xarici investorların vəsaitləri hesabına
maliyyələşdirilə bilər.
Ödənişin, körpülər və digər
yol qurğuları da daxil olmaqla, avtomobil yollarında
bütün yol boyu və ya onun müəyyən hissələrində
gediş üçün tətbiqinə yol verilir.
Dövlət
mülkiyyətində olan hər bir ödənişli
avtomobil yolları ilə nəqliyyat vasitələrinin
gedişi üçün
ödənişin məbləği avtomobil yolunun dərəcəsi
nəzərə alınmaqla müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
Maddə
19-2. Ödənişli avtomobil yollarının
yaradılması barədə qərarların qəbul edilməsi
Dövlət
mülkiyyətində olan respublika və ya yerli əhəmiyyətli
avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi,
habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə
qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən
qəbul edilir.
Bələdiyyə
və ya özəl avtomobil yollarından ödənişli
yol kimi istifadə edilməsi, habelə yeni ödənişli
avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən
müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla qəbul edilir.
Razılaşdırma üçün ərizəçi
aşağıdakı sənədləri təqdim edir:
-
mövcud və ya tikilməsi nəzərdə tutulmuş
yolun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət və
ya istifadə hüququnu, habelə mövcud yoldan istifadə
hüququnu təsdiq edən sənədin surəti;
- avtomobil
yolunun istiqaməti və texniki göstəriciləri
haqqında məlumat;
- nəzərdə tutulmuş ödənişin
məbləği barədə məlumat.
Razılaşdırma
haqqında ərizəyə 30 gündən gec olmayaraq
baxılır.
Ödənişli
avtomobil yolları aşağıdakı şərtlərlə
yaradılır:
- ödənişli
avtomobil yolları ilə yanaşı, fəaliyyət göstərən
və keyfiyyəti dövlət standartlarının tələblərinə
cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud
olduqda;
- ödənişli
avtomobil yolunun müasir keyfiyyət standartlarına
uyğunluğu, o cümlədən yol hərəkətinin təhlükəsizliyi,
nəqliyyat vasitələrinin hərəkətinin yüksək
sürəti təmin edildikdə.
Avtomobil
yollarından ödənişli yol kimi istifadə edilməsi
barədə qərarda aşağıdakılar göstərilməlidir:
- avtomobil
yolunun başlanğıc və son nöqtələri;
- avtomobil
yolunun başqa avtomobil yolları ilə kəsişmələri
və birləşmələri;
- avtomobil
yolunun texniki göstəriciləri;
- avtomobil
yolunun uzunluğu;
-
alternativ ödənişsiz avtomobil yolunun uzunluğu,
marşrutu və əsas texniki göstəriciləri.
Əhalinin
məlumatlandırılması üçün mövcud və
ya tikilməsi nəzərdə tutulmuş avtomobil yolunun
ödənişli yol kimi istifadə edilməsi barədə qərar
yolun istifadəsinə 30 gün qalmış avtomobil yolunun
sahibi tərəfindən kütləvi informasiya vasitələrində
yayımlanmalıdır.
Maddə
19-3. Ödənişli avtomobil yollarından istifadə
olunması
Ödənişli
avtomobil yolu istifadəçisi gediş üçün
ödənişi həmin yolun sahibi ilə
bağlanmış müqavilə əsasında həyata
keçirir. Müqavilənin bağlanması gediş
üçün ödəmə sənədi ilə təsdiq
edilir.
Ödənişli
avtomobil yolundan istifadəyə xitam verilməsi və
dayandırılması halları istisna olmaqla, avtomobil yolunun
sahibi həmin yoldan istifadə üçün müqavilə
bağlamaqdan əsassız imtina edə bilməz.
Ödənişli
avtomobil yolunun sahibinin aşağıdakı vəzifələri
vardır:
- müəyyən
edilmiş sürət rejimi nəzərə alınmaqla,
ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin
maneəsiz hərəkətini təmin etmək;
- ödənişli
avtomobil yolundan normal istifadəyə mane olan nasazlıqları
vaxtında aradan qaldırmaq;
- ödənişli
avtomobil yolunun istifadəçilərini ödənişin
miqdarı, ödəmə qaydası habelə həmin yol boyu
göstərilən xidmətlər barədə məlumatlarla
təmin etmək.
Müdafiə
əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə
halların aradan qaldırılması, qəza-bərpa işləri ilə
əlaqədar olan daşımalarda iştirak edən, habelə
polis və təcili tibbi yardım xidmətlərinə məxsus
xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli
avtomobil yolu ilə gediş üçün ödənişdən
azaddırlar.
Özəl
avtomobil yollarının sahibləri ayrı-ayrı
kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat
vasitələrinin müəyyən növləri
üçün güzəştlər tətbiq etmək
hüququna malikdirlər.
Maddə
19-4. Ödənişli avtomobil yollarından ödənişli
əsaslarla istifadə
olunmasına xitam verilməsi və ya dayandırılması
Ödənişli
avtomobil yolundan ödənişli əsaslarla istifadəyə
xitam verilməsi və ya dayandırılması avtomobil yolunun
sahibinin qərarı əsasında həyata keçirilir.
Ödənişli
avtomobil yolundan ödənişli əsaslarla istifadə aşağıdakı
hallarda və müddətdə dayandırılır:
-
alternativ ödənişsiz avtomobil yolundan istifadəyə
maneə törədən hallar yarandıqda. Ödənişli
avtomobil yolundan istifadənin dayandırılması müddəti
6 aydan artıq olmamalıdır;
- hərbi
və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin
təbii və ya texnogen xarakterli fövqəladə hallar
baş verdikdə. Bu barədə qərar qeyd olunmuş hallar
başa çatana qədər qüvvədə
qalır.";
19. 21-ci
maddə üzrə:
19.1.
dördüncü hissənin beşinci bəndindən sonra
aşağıdakı məzmunda altıncı bənd əlavə
edilsin:
"yolkənarı
xidmət və infrastruktur obyektlərinin sahiblərinə, digər
maraqlı şəxslərə, habelə avtomobil
yollarının istifadəçilərinə avtomobil
yollarında planlaşdırılan yenidənqurma və təmir
işləri, həmçinin onların müddətləri
barədə məlumat verilməsi;";
19.2.
aşağıdakı məzmunda beşinci və
altıncı hissələr əlavə edilsin:
"Ümumi
istifadədə olan avtomobil yollarında yaşayış məntəqələrinin
və digər obyektlərin yerləşməsi barədə
məlumatverici-göstərici, habelə servis nişanları
yol təsərrüfatı orqanları tərəfindən
yerləşdirilir.
Ümumi
istifadədə olan respublika və yerli əhəmiyyətli,
habelə şəhər avtomobil yollarının,
körpülərin, tunellərin və digər yol
qurğularının layihələndirilməsi,
tikilməsi, idarə olunması, saxlanması, qorunması,
cari, orta və əsaslı təmiri, yenidən qurulması məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılan dövlət müəssisəsi və onun tərkibində
olan qurumların qeyd olunan işlərin görülməsi
üçün xüsusi razılıq (lisenziya)
alınması tələb olunduqda, həmin xüsusi
razılıq (lisenziya) alınmış hesab edilir və yenidən
alınması tələb olunmur.";
20. 25-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Maddə
25. Avtomobil yollarının vahid dövlət reyestri
Avtomobil
yollarının vahid dövlət reyestri (bundan sonra - reyestr)
mülkiyyət növündən və əhəmiyyətindən
asılı olmayaraq, avtomobil yolları haqqında məlumatları
əks etdirən dövlət informasiya ehtiyatıdır.
Reyestr
avtomobil yollarının qeydiyyatı və uçotu əsasında
müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır
və aparılır.
Reyestr
kağız və elektron daşıyıcılarda
aparılır. Kağız və elektron
daşıyıcılarda olan məlumatlar arasında ziddiyyət
olarsa, kağız daşıyıcıdakı məlumatlara üstünlük
verilir.
Reyestrə
hər bir avtomobil yolu haqqında aşağıdakı məlumatlar
daxil edilir:
- avtomobil
yolunun mülkiyyətçisi və
sahibi;
- avtomobil
yolunun adı, indeksi və uzunluğu;
- avtomobil
yolunun xəritəsi;
- avtomobil
yolunun və onun sahələrinin avtomobil yolları təsnifatına
uyğunluğu;
- avtomobil
yolunun faktiki vəziyyəti barədə məlumatlar;
- avtomobil
yolunun tutduğu torpaq sahəsi, yol örtüyünün
növü və vəziyyəti;
- yol
nişanlarının dislokasiyası.
Avtomobil
yolunun istismara verilməsi və ya avtomobil yolu haqqında bu
maddədə göstərilən məlumatlarda dəyişiklik
baş verdikdə, avtomobil yolunun sahibi 30 gün müddətində
yeni məlumatların reyestrə daxil olunması
üçün müvafiq icra hakimiyyəti orqanına təqdim
etməlidir.
Dövlət
və kommersiya sirri təşkil edən məlumatlar istisna
olunmaqla, reyestrə daxil edilmiş məlumatlar müvafiq icra
hakimiyyəti orqanı tərəfindən reyestrdən
çıxarış şəklində "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş məbləğdə
dövlət rüsumu ödənilməklə hər bir
maraqlı şəxsə verilir.
Reyestrin
yaradılması və aparılması, habelə reyestrə
daxil edilmiş məlumatların verilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.";
21. 26-cı maddə üzrə:
21.1. maddənin
adı aşağıdakı redaksiyada verilsin:
"Yolkənarı
xidmət obyektləri";
21.2.
birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Yolkənarı
xidmət obyektləri avtomobil yolları istifadəçilərinin
ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı
vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti
təhlükəsizliyinin digər tələblərini,
avtomobil yollarının təhlükəsiz istismarı,
saxlanılması və qorunması qaydalarını pozmayan
digər fəaliyyət növlərini yerinə yetirmək
üçün təşkil edilir.";
21.3.
üçüncü hissədə "Yol xidməti"
sözləri "Yolkənarı xidmət" sözləri
ilə əvəz edilsin;
21.4.
dördüncü hissədə "Yol servisi" sözləri
"Yolkənarı xidmət" sözləri ilə əvəz
edilsin;
21.5.
dördüncü hissədən sonra aşağıdakı
məzmunda yeni hissələr əlavə edilsin:
"Avtomobil
yollarının qorunma (mühafizə) zolağı
hüdudları daxilində yolkənarı xidmət obyektləri
bu qanunun 15-1-ci maddəsinin tələbləri nəzərə
alınmaqla yerləşdirilir.
Yolkənarı
xidmət obyektləri nəqliyyat vasitələrinin
saxlanılması üçün meydançalara, duracaq yerləri
və dayanacaqlara, həmçinin avtomobil yollarından onlara
girişin təmin olunması məqsədi ilə giriş,
çıxış və birləşmə yollarına
malik olmalıdırlar.
Yolkənarı
xidmət obyektlərinin giriş, çıxış və
birləşmə yollarının, keçid-sürət
zolaqlarının tikintisi, yenidən qurulması,
saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin
təmin olunması həmin obyektlərin sahibləri tərəfindən
yerinə yetirilir.
Yolkənarı
xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin
yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd
edilən işlərin görülməsi üçün
verdiyi texniki şərtlər və tələblər əsasında
yerinə yetirilir.";
21.6. on
birinci hissə ləğv edilsin;
22. 29-cu maddə üzrə:
22.1.
üçüncü hissədə "yetirdikdə"
sözündən sonra ", habelə iqlim şəraiti xeyli
pisləşdikdə" sözləri əlavə edilsin;
22.2. on
birinci hissədən sonra aşağıdakı məzmunda on
ikinci hissə əlavə edilsin:
"Azərbaycan
Respublikasının ümumi istifadədə olan avtomobil
yolları ilə iriqabaritli və (və ya) ağırçəkili
nəqliyyat vasitələrinin hərəkətinə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydalara əsasən verilmiş
xüsusi icazənin olduğu hallarda yol verilir.";
22.3. on
dördüncü hissə ləğv edilsin;
22.4. on
beşinci hissənin ikinci cümləsi
çıxarılsın;
22.5. on
altıncı hissədə "Bu cür" sözləri
"İriqabaritli və (və ya) ağırçəkili"
sözləri ilə əvəz edilsin;
22.6.
aşağıdakı məzmunda on yeddinci hissə əlavə
edilsin:
"İriqabaritli
və (və ya) ağırçəkili yükləri
daşıyan nəqliyyat vasitələrinin hərəkəti
üçün avtomobil yollarının vəziyyətinin
qiymətləndirilməsi, avtomobil yollarının möhkəmləndirilməsi,
həmçinin avtomobil yollarının, onların ayrı-ayrı
hissələrinin, habelə
avtomobil yolları ilə kəsişən mühəndisi
kommunikasiyaların və qurğuların mühafizəsi
üzrə xüsusi işlərin görülməsi tələb
olunduqda, daşınmanın təşkilində maraqlı
şəxslər avtomobil yollarının, mühəndisi
kommunikasiyaların və qurğuların sahiblərinə
xüsusi icazə almazdan əvvəl göstərilən qiymətləndirmənin
aparılması və qeyd edilmiş digər işlərin
görülməsi ilə bağlı bütün xərcləri
ödəyirlər.";
23.
33-cü maddə üzrə:
23.1.
birinci hissə aşağıdakı redaksiyada verilsin:
"Avtomobil
yollarının torpaq sahələrində sahibkarlıq və
digər fəaliyyət növləri nəqliyyat vasitələrinin
və piyadalarının hərəkətinə mane
olmamalıdır.";
23.2.
ikinci hissənin birinci cümləsində "torpaq
yatağı" sözləri "təhkim
zolağının" sözləri ilə əvəz
edilsin və ikinci cümləsi çıxarılsın;
23.3.
ikinci hissədən sonra aşağıdakı məzmunda
üçüncü hissə əlavə edilsin:
"Sahibkarlıq
fəaliyyətinin həyata keçirilməsi
üçün qorunma (mühafizə) zolağında
avtomobil yollarının sahibləri tərəfindən
xüsusi yerlər ayrılır.";
23.4. beşinci
hissə aşağıdakı məzmunda verilsin:
"Qorunma
(mühafizə) zolağında sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq istəyən hüquqi və
fiziki şəxslər avtomobil yollarının sahibləri ilə
bağlanmış müqavilə əsasında və
müqavilədən irəli gələn öhdəliyi yerinə
yetirməklə həyata keçirirlər.";
24.
aşağıdakı məzmunda 34-1-ci maddə əlavə edilsin:
"Maddə
34-1. Avtomobil yollarından istifadə ilə bağlı yol
verilməyən hallar
Avtomobil
yollarında aşağıdakılar qadağandır:
- avtomobil
yollarını korlayan konstruksiya elementləri olan, həmçinin
tırtıllı nəqliyyat
vasitələri ilə hərəkət etmək;
-
xüsusi icazə olmadan iriqabaritli və (və ya)
ağırçəkili yükləri avtomobil yolları ilə
daşımaq, habelə nəqliyyat vasitələrini icazə
verilən qabarit, çəki və yüklə birlikdə
oxa düşən kütlə parametrlərini aşmaqla
yükləmək;
- qabarit və
çəki parametrlərini aşan bölünən yüklə
yüklənmiş yük nəqliyyat vasitələri ilə
hərəkət etmək;
- avtomobil
yollarının təhkim və qorunma (mühafizə)
zolaqlarını, yol örtüyünü çirkləndirmək;
- avtomobil
yollarına kanalizasiya, sənaye və çirkli suları,
habelə avtomobil yollarının suaparıcı
qurğularından suyu axıtmaq və ya tullantıların
atılması üçün istifadə etmək;
-
yolların hərəkət hissəsinə
yanacaq-sürtkü materialları, kimyəvi maddələr,
bitum və beton axıtmaq, habelə
daş, çınqıl, qum və ot tökmək;
- yol hərəkətinin
təhlükəsizliyinə mane olan şərait yaratmaq və
yolların hərəkət hissəsində, habelə
yolların, yol qurğularının tikintisi və təmiri ilə
əlaqədar olmayan yükləri yükləmək və ya
boşaltmaq;
- respublika
əhəmiyyətli avtomobil yolları ilə yay və
qış otlaqlarına mal-qara aparmaq, avtomobil yollarının
torpaq sahələrində mal-qara otarmaq, habelə avtomobil
yollarının sahiblərinin razılığı olmadan
müəyyən edilən yerlərdən kənar avtomobil
yolundan və ya bu məqsədlə xüsusi olaraq
yaradılmış keçidlərdən kənar
mal-qaranı keçirmək;
- avtomobil
yollarının torpaq sahələrində müvafiq işlərin
həyata keçirilməsi üçün verilən
razılığın şərtlərinə əməl etməmək;
- avtomobil
yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə
etmək;
-
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin
ümumi istifadədə olan avtomobil yolları ilə yüklə
hərəkət edilməsi;
- yol
örtüyünü və yolun mühəndisi
konstruksiyasını zədələmək;
- avtomobil
yollarında nəqliyyat vasitələrinin və piyadaların
hərəkətinə maneələr yaratmaq.".
25. 39-cu
maddənin beşinci hissəsində "yolyanı
zolağı" sözləri "qorunma (mühafizə)
zolağı" sözləri ilə əvəz edilsin;
26.
aşağıdakı məzmunda 39-1-ci maddə əlavə
edilsin:
"Maddə
39-1. Avtomobil yollarının istismardan
çıxarılması
Aşağıda
göstərilən hallarda avtomobil yollarının sahibləri
avtomobil yolunun istismardan çıxarılması haqqında qərar
qəbul etmək hüququna malikdir:
- avtomobil yolundan istifadə
olunmadıqda;
- hər hansı yaşayış məntəqəsi
digər daha rahat və təhlükəsiz alternativ avtomobil
yolundan istifadə etmək imkanına malik olduqda.
Avtomobil
yolunun istismardan çıxarılması haqqında qərar
qəbul etdikdən sonra avtomobil yollarının sahibləri,
bu qərar haqqında ətraflı məlumatın kütləvi
informasiya vasitələrində yayımlanmasını təmin
etməlidirlər.".
27.
aşağıdakı məzmunda V-I fəsil əlavə
edilsin:
"Fəsil
V-I Avtomobil yollarında təhlükəsizliyin
təmin edilməsinin ümumi əsasları
və şərtləri
Maddə
40-1. Avtomobil yollarının layihələndirilməsində
təhlükəsizliyə dair tələblər
Avtomobil
yolları hərəkətin təhlükəsizliyinin təmin
edilməsi, habelə sürət dəyişmələrinin və
məhdudiyyətlərinin minimum səviyyəyə endirilməsi
nəzərə alınmaqla layihələndirilir.
Avtomobil
yollarının tikintisi və ya yenidən qurulması üzrə
layihələr aşağıdakıları təmin etməlidir:
- nəqliyyat
vasitələrinin rahat və təhlükəsiz hərəkəti
üçün hesabi sürəti;
-
sürücülərin yolu aydın görməsini;
-
piyadaların yolu rahat və təhlükəsiz keçmələrini;
- yol kəsişmələri
və birləşmələrinin təhlükəsiz yerləşməsini;
- nəqliyyat
vasitələrinin şinləri ilə yolun hərəkət
hissəsi arasında zəruri ilişkənliyini;
- avtomobil
yollarının abadlaşdırılmasını, o cümlədən
qoruyucu yol qurğuları ilə təchizatını;
- avtomobil
nəqliyyatı və yol xidmətləri üçün zəruri
binaların və qurğuların
tikilməsini.
İstehsalat
bazaları, yol xidmətləri və avtomobil nəqliyyatı
üçün binalar və qurğuların layihələndirilməsi
zamanı ətraf mühitin (havanın, su və
torpağın) normadan artıq çirklənməsinə yol
verilməməlidir.
Tikinti
layihəsinin sənədləri hazırlanarkən yolun və
yol hərəkətinin insanlara,
ətraf mühitə, tarixi-mədəni abidələrə,
yolkənarı xidmət və infrastruktur obyektlərinə,
habelə mənzərəyə birbaşa və dolayı təsiri
qiymətləndirilməlidir.
Yaşıllıq
zolaqlarının salınması hərəkət zamanı
vizual görüntünü yaxşılaşdırmalı,
hər hansı təhlükə yaratmamalıdır.
Yollar
layihələndirilərkən, yol nişanlarının
quraşdırılması yerləri və üsulları
göstərilməklə, sxemlər tərtib edilməlidir.
Maddə 40-2. Avtomobil
yollarının tikintisi, yenidən qurulması və təmiri
zamanı təhlükəsizlik tələbləri
Avtomobil
yollarının tikintisi, yenidən qurulması və təmiri
zamanı bu qanunun, Azərbaycan Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin və avtomobil yollarına
dair müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydaların müddəalarına riayət
olunmalıdır.
Avtomobil
yollarının tikintisi, yenidən qurulması və təmiri
zamanı ətraf mühitin
mühafizəsi üzrə tədbirlər görülməlidir.
Avtomobil
yollarının tikintisi, yenidən qurulması və təmiri
zamanı yaşıllıqların qorunması və bərpası
təmin olunmalıdır.
Avtomobil
yollarının tikintisi, yenidən qurulması və təmiri
zamanı yol təsərrüfatı orqanlarının
işçilərinin və yol hərəkəti
iştirakçılarının təhlükəsizliyi təmin
olunmalı və yol hərəkəti düzgün təşkil
edilməlidir.
Mürəkkəb
geoloji şəraitdə avtomobil yollarının tikintisi, yenidən
qurulması və təmiri zamanı torpaq yatağının
sabitləşdirilməsi müddəti müəyyən
edilmiş tikinti müddətindən əhəmiyyətli dərəcədə
çox olduqda, suyun ötürülməsini və hərəkətin
təhlükəsizliyini təmin etməklə yol geyiminin mərhələli
salınmasına yol verilir.
Maddə
40-3. Avtomobil yollarının istismarı zamanı təhlükəsizlik tələbləri
Yolların
vəziyyəti yol hərəkətinin təhlükəsizliyini
və ətraf mühitin mühafizəsini təmin etməli və
istismar yükləmələrinin
dərəcəsinə uyğun olmalıdır.
Məlumatverici-göstərici
nişanlar və işarələr hərəkətin təhlükəsizliyini
təmin etməli və "Yol hərəkəti
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olmalıdır.
Yol geyimi
yolun istismarı zamanı regionun iqlim xüsusiyyətləri və
nəqliyyat-istismar yükləmələri nəzərə
alınmaqla, yolların təhlükəsizliyini təmin etməlidir.
Şəhər
küçələrində və yaşayış məntəqələrində
avtomobil yollarının hərəkət hissəsi, piyada səkilərinin
və velosiped yollarının, minmə-düşmə
meydançalarının, dayanacaq
məntəqələrinin örtüyü, həmçinin ayırıcı zolaqların,
çiyin və torpaq yataqlarının yamacı yol hərəkətinin
təhlükəsizliyini təmin edəcək vəziyyətdə
olmalıdır.
Yol
örtüyü tələb olunan hesabi sürəti və hərəkətin
təhlükəsizliyini təmin edən səthə malik
olmalıdır.
Hərəkət
hissəsinin səthində çökmələr,
çalalar və nəqliyyat vasitələrinin hərəkətini
çətinləşdirən digər zədələr
olmamalıdır.
Avtomobil
yollarında işlərin görüldüyü yerlərdə
yol-nəqliyyat hadisələrinin və tıxacların
qarşısının alınması üçün
nişanlar və işarələr
quraşdırılmalı, həmçinin sutkanın istənilən
vaxtında işlərin görüldüyü yerin aydın
görünməsi təmin olunmalıdır.
Yol hərəkətinin
təşkilində istifadə olunan texniki nizamlama vasitələri
(nişanlar, işarələr, istiqamətləndirici və
çəpərləyici qurğular, işıqlandırma
sistemləri, svetoforlar, hərəkəti avtomatik idarəetmə
sistemləri) sutkanın istənilən vaxtında aydın
görünməlidir.
Yol hərəkəti,
habelə yolların təmiri və yenidən qurulması nəticəsində
yaranan səs-küyün, vibrasiyaların, havanın və
suyun çirkləndirilməsinin səviyyəsi texniki
normalara və tələblərə uyğun olaraq müvafiq
tədbirlərlə məhdudlaşdırılmalıdır.
Maddə
40-4. Yol tikinti materiallarına dair tələblər
Yol tikinti
materialları ətraf mühitin təsirinə qarşı
dayanıqlı olmalı, onların tərkibindəki zərərli
komponentlər və birləşmələr yol verilən
normalardan artıq olmamalıdır.";
28. 52-ci
maddədə üçüncü hissədən sonra
aşağıdakı məzmunda dördüncü hissə əlavə
edilsin:
"Avtomobil
yolunda baş vermiş yol-nəqliyyat hadisəsi səbəbi
və ya onun səbəblərindən birinin yolun
texniki-istismar vəziyyəti ilə
bağlılığı ehtimalı olduqda, hadisə
müvafiq yol təsərrüfatı orqanlarının rəsmi
nümayəndəsinin iştirakı ilə
araşdırılmalıdır.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 may
2013-cü il
Azərbaycan.-2013.- 29 iyun.- S.2-3.