Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹8, maddə 478; 2001, ¹12, maddə 736; 2002, ¹5, maddələr 237, 241; 2003, ¹1, maddə 11, ¹6, maddə 256, ¹ 8, maddə 423; 2004, ¹2, maddə 59, ¹6, maddə 415, ¹10, maddə 761; 2006, ¹2, maddə 67, ¹6, maddə 478, ¹8, maddə 657, ¹11, maddə 932; 2007, ¹1, maddə 3, ¹8, maddə 745; 2008, ¹5, maddə 348, ¹6, maddə 460, ¹8, maddə 707, ¹12, maddə 1048; 2009, ¹2, maddə 36; 2012, ¹6, maddə 497) 4-cü maddəsinə aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin:
"6.
Azərbaycan Respublikası Mülki Məcəlləsinə
uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən
istifadə edilmədən yerləşdiyi yerin müəyyən
edilməsinə imkan verən ünvan verilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may
2013-cü il
Azərbaycan.-2013.- 30 iyun.- S.1.