Azərbaycan Respublikasının Cəlilabad
rayonunun inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə
uyğun olaraq qərara alır:
Azərbaycan
Respublikasının Cəlilabad rayonunun inzibati ərazi
bölgüsündə aşağıdakı dəyişikliklər
edilsin:
1. Xanəgah kənd inzibati ərazi
dairəsi tərkibindəki Xanəgah kəndinin ərazisində
faktiki mövcud olan yaşayış məntəqəsi
Türkelli adlandırılsın, Xanəgah kənd inzibati ərazi
dairəsi tərkibində qalmaqla həmin yaşayış məntəqəsinə
kənd ərazi vahidi statusu verilsin və Azərbaycan
Respublikasının ərazi vahidlərinin Dövlət
reyestrinə daxil edilsin.
2. Kürdlər kənd inzibati ərazi
dairəsi tərkibindəki İcarə kəndinin tarixi
adı bərpa edilərək həmin kənd Eçara kəndi
adlandırılsın.
3. Sərhədabad,
Məşədivəlli və Əliabad kəndləri
Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən
ayrılaraq, mərkəzi Sərhədabad kəndi olmaqla Sərhədabad
kənd inzibati ərazi dairəsi yaradılsın və Azərbaycan
Respublikasının ərazi vahidlərinin Dövlət
reyestrinə daxil edilsin.
4.
Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və
Məşədi Hüseynli kəndləri Astanlı kənd
inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi
Zopun kəndi olmaqla Zopun kənd inzibati ərazi dairəsi
yaradılsın və Azərbaycan Respublikasının ərazi
vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
5.
Kazımabad kəndi Muğan kənd inzibati ərazi dairəsi
tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Kazımabad kənd inzibati ərazi dairəsi
yaradılsın və Azərbaycan Respublikasının ərazi
vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
6. Təzəkənd
kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi
tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi
yaradılsın və Azərbaycan Respublikasının ərazi
vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
7.
Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin
kənd inzibati ərazi dairəsi tərkibindən
ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla
Şatırlı kənd inzibati ərazi dairəsi
yaradılsın və Azərbaycan Respublikasının ərazi
vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 31 may
2013-cü il
Azərbaycan.-2013.- 30 iyun.- S.2.