"Qış otlaq sahələrindən
istifadənin tənzimlənməsi barədə" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 mart tarixli 60
nömrəli qərarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 157
Bakı şəhəri,
21 iyun 2013-cü il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
"Qış otlaq sahələrindən istifadənin tənzimlənməsi
barədə" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2006-cı il 2 mart tarixli 60 nömrəli qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 3,
maddə 288, ¹ 8, maddə 731; 2008, ¹ 4, maddə 314; 2009, ¹ 10,
maddə 846) 1-3-cü hissələri ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 30 iyun.- S.3.