Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının

vəhəmin torpağı alan orqanın müəyyən edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 158             Bakı şəhəri, 21 iyun 2013-cü il

 

 

 

 

"Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhəri, Nəsimi rayonu Ceyhun Səlimov küçəsi, 1065-ci məhəllədə yeni metro stansiyasının tikintisi üçün 3,2611 ha, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126/27 məhəllədə mövcud II xəttin "Dərnəgül" elektrik deposunun  tikintisi üçün 17,09 ha və Binəqədi rayonu, Xocəsən-Lökbatan yolunun şərq hissəsində "Xocəsən" elektrik deposunun tikintisi üçün 21,91 ha torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan  Bakı Metropoliteni müəyyən edilsin.

2. Bakı Metropoliteninə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

 

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 30 iyun.- S.3.