"Tərkibində əqli mülkiyyət
hüquqlarının obyektləri olan malların
buraxılışının dayandırılması,
buraxılışın dayandırılma müddətinin
uzadılması, qəbul edilən
qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə
məlumat verilməsi Qaydaları"nın təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 163 Bakı şəhəri,
25 iyun 2013-cü il
"Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.10-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
"Tərkibində
əqli mülkiyyət hüquqlarının obyektləri olan
malların buraxılışının
dayandırılması, buraxılışın
dayandırılma müddətinin uzadılması, qəbul
edilən qərarlar barədə ərizəçiyə və
bəyannaməçiyə məlumat verilməsi
Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 30 iyun.- S.3.