Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 3 avqust tarixli
171 nömrəli qərarı ilə təsdiq edilmiş
"Təhsil müəssisələrinin tikintisinə,
maddi-texniki təchizatına dair vahid normalar, ümumi
sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə
təminat normativləri"ndə dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərar
¹ 165 Bakı şəhəri,
25 iyun 2013-cü il
"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.30-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, ¹ 8, maddə 820) ilə təsdiq
edilmiş "Təhsil müəssisələrinin tikintisinə,
maddi-texniki təchizatına dair vahid normalar, ümumi
sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə
təminat normativləri"nin "Təhsil müəssisələrinin
tikintisinə dair vahid normalar" bölməsində
aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2.6-cı yarımbəndin birinci cümləsindən "100 yerlik məktəbəqədər təhsil müəssisəsi üçün" sözləri, ikinci cümləsindən isə "iri" sözü çıxarılsın;
2. 1.2.10-cu yarımbənddə "50" rəqəmi "40" rəqəmi ilə əvəz edilsin;
3. 1.2.14.1-ci yarımbənddə mötərizədəki "1 yaşlı körpə uşağa 7,5 m2-dən, məktəbəqədər yaşlı 1 uşaq üçün isə 9,0 m2-dən" sözləri "1 yerə 7,5 m2-dən" sözləri ilə əvəz edilsin;
4. 1.2.27-ci yarımbənddən sonra aşağıdakı redaksiyada 1.2.28-ci yarımbənd əlavə edilsin:
"1.2.28. Məktəbəqədər təhsil müəssisələrinin tutduqları torpaq sahəsinin ərazisi perimetri boyu hündürlüyü 1,6 m-dən az olmayaraq metal tor (məftil) ilə hasarlanmalıdır. Bu halda metal tor hasar korroziyayadavamlı örtüyə malik olmalıdır.";
5. 1.3.25-ci yarımbəndin beşinci cümləsindən "parket" və "lövhələr" sözləri çıxarılsın və həmin yarımbəndə "sahəsi" sözündən sonra "hər birinin sahəsi 100 m2-dən çox olmayan", "taxta" sözündən sonra "döşəmə və ya" sözləri əlavə edilsin;
6. 1.4-cü bənddə "Otaqların daxili" sözləri "Binaların" sözü ilə əvəz edilsin;
7. 1.4.6-cı yarımbəndin birinci cümləsində "isidilməlidir" sözü "istilik qatı ilə nəzərdə tutulmalıdır" sözləri ilə əvəz edilsin, ikinci cümləsindən mötərizədə verilmiş "yağlı boyalarla rənglənmiş taxta döşəmələr və ya parket lövhələr" sözləri çıxarılsın;
8. 1.4.7-ci yarımbənddən "cilalanmış mozaik" sözləri çıxarılsın;
9. 1.4.8-ci yarımbənddən sonra aşağıdakı redaksiyalarda 1.4.9-cu və 1.4.10-cu yarımbəndlər əlavə edilsin:
"1.4.9. Məktəbəqədər təhsil müəssisələri binalarının fasadları suvanmalı və fasad boyası ilə rənglənməli, dam örtüyü isə sinklənmiş dəmir vərəqələrdən və ya metal-kirəmit materialdan quraşdırılmalıdır.
1.4.10. Məktəbəqədər təhsil müəssisəsinin yerləşdiyi ərazinin yerli iqlim şəraiti, memarlıq üslubu və ənənələr nəzərə alınmaqla, layihə tapşırığı ilə binaların tamamlama, ərazisinin abadlaşdırılma və hasarlanması işləri üzrə bu normativlərdə nəzərdə tutulmayan digər materiallar və qurğular nəzərdə tutula bilər. Bu halda layihə tapşırığı Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.";
10. 2.1.1-ci və 2.2.1-ci yarımbəndlər çıxarılsın;
11. 2.2.2-ci yarımbənddən "olaraq aşağıdakı kimi" sözləri və 2.2.2.1-ci-2.2.2.8-ci yarımbəndlər çıxarılsın, aşağıdakı məzmunda abzas əlavə edilsin:
"Sökülmüş məktəb binasının yerində yeni məktəb binası tikildikdə, məktəbin mövcud torpaq sahəsinin ölçüləri saxlanıla bilər. Tikililərin yüksək sıxlıq şəraiti olan yaşayış məntəqələrində və mürəkkəb relyefli ərazidə məktəblərin torpaq sahələrinin ölçülərinin azaldılmasına Gigiyena və Epidemiologiya Mərkəzinin və Təhsil Nazirliyinin rəyi olduqda yol verilir.";
12. 2.2.3-cü yarımbənddə "50" rəqəmi "40" rəqəmi ilə əvəz edilsin;
13. 2.2.10-cu yarımbənddən sonra aşağıdakı redaksiyada 2.2.11-ci yarımbənd əlavə edilsin:
"2.2.11. Məktəblərin tutduqları torpaq sahəsinin ərazisi perimetri boyu hasarlanmalıdır, o cümlədən:
-mikrorayon (məhəllə) daxilində olan torpaq sahələri hündürlüyü 1,2 m-dən az olmayan yaşıllıqlarla;
-küçə və keçidlərlə bitişik olan torpaq sahələri hündürlüyü 1,5 m-dən az olmayan metal tor (məftil) hasarla. Bu halda metal tor hasar korroziyayadavamlı örtüyə malik olmalıdır.";
14. 2.3.1-ci yarımbənddə "20" rəqəmi "24" rəqəmi ilə əvəz edilsin, "və sahəsi 36-42 m2" sözləri çıxarılsın və aşağıdakı məzmunda abzas əlavə edilsin:
"Kənd yerlərində əhalinin demoqrafiya göstəricilərindən asılı olaraq sinif otaqlarının tutumu 12 nəfərə qədər azaldıla bilər. Sinif otaqlarının sahəsi şagirdlərin sayından asılı olaraq 28-48 m2 olmaqla təşkil edilir.";
15. 2.3.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"Tutumu 108-300 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya və 1 fizika laboratoriya otağı, 300-dən 640 şagird yerə qədər ümumi təhsil müəssisələrində 1 kimya, 1 fizika və 1 biologiya laboratoriya otaqları nəzərdə tutulmalıdır. Laboratoriya otağının sahəsi sinifdəki şagirdlərin sayından asılı olaraq 36-60 m2 olmaqla nəzərdə tutulmalıdır.";
16.
2.3.6-cı yarımbənddə "54 m2 olmaqla" sözləri
"60 m2-dən çox olmamaqla" sözləri ilə əvəz
edilsin;
17. 2.3.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"Ümumi təhsil müəssisələrində
şagird sayından asılı olaraq, hər birinin sahəsi
10-18 m2 olan texniki və tibb otaqları nəzərdə
tutulmalıdır. Tibb otaqlarının sayı və texnoloji
avadanlığı səhiyyə və təhsil orqanları
ilə razılaşdırılmalıdır.";
18. 2.3.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
"Ümumi təhsil müəssisəsinin tutumundan asılı olaraq, məktəb direktorunun otağının sahəsi qəbul otağı ilə birlikdə 24-54 m2 (o cümlədən ibtidai məktəblərdə 24-30 m2, ümumi orta məktəblərdə 30-36 m2, tam orta məktəblərdə 36-54 m2), direktor müavinlərinin otaqlarının sahəsi 10-18 m2, müəllimlər otağının sahəsi isə 24-60 m2 (o cümlədən ibtidai məktəblərdə 24-30 m2, ümumi orta məktəblərdə 30-40 m2, tam orta məktəblərdə 40-60 m2) arasında nəzərdə tutulmalıdır.";
19. 2.3.9-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
"Ümumi təhsil müəssisələrində
otaqlar dəhlizə nisbətdə birtərəfli yerləşdirildikdə,
dəhlizin eni məktəbin tutumundan asılı olaraq 2,8-3,6
m, ikitərəfli olduqda isə yanğın normaları nəzərə
alınmaqla ən azı 4,0 m qəbul edilməlidir.";
20. 2.3.10-cu yarımbəndin birinci cümləsindən əvvəl aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"Ümumi təhsil müəssisələrində idman zalı istisna olmaqla, birinci mərtəbədə olan sahələrin altında tavana qədər hündürlüyü 1,6 m olan və tamamlama işləri aparılmayan texniki döşəməaltı nəzərdə tutulmalıdır.";
21. 2.3.12-ci yarımbənddə "üzbəüz siniflərdə" sözləri "siniflərdə üzbəüz formasında" sözləri ilə əvəz edilsin və "3,5" rəqəmi "2,5-3,0" rəqəmləri ilə əvəz edilsin;
22. 2.3.17-ci yarımbəndə aşağıdakı məzmunda abzas əlavə edilsin:
"İbtidai
məktəblər üçün idman zalı kimi sahəsi
60-80 m2 və hündürlüyü 4 m olan gimnastika zalı nəzərdə
tutulmalıdır. İdman zallarının planda
ölçüləri ümumi orta məktəblərdə
9 m x 18 m, 300 şagird yerliyə qədər tam orta məktəblərdə
12 m x 24 m və daha yuxarı tutumu olan tam orta məktəblərdə
isə 18 m x 30 m qəbul edilir.";
23.
2.3.18-ci yarımbəndə aşağıdakı cümlə
əlavə edilsin:
"Tutumu 180 şagird yerə qədər olan ümumi təhsil müəssisələrində akt və idman zallarının birləşdirilməsinə yol verilir.";
24. 2.3.20-ci yarımbənddə "0,6" rəqəmi "0,3" rəqəmi ilə əvəz edilsin;
25. 2.3.24-cü yarımbəndin birinci cümləsinə "şagirdlərin" sözündən sonra "ümumi sayının 1/3 hissəsinin" sözləri əlavə edilsin;
26. 2.3.25.5-ci yarımbənddə "560" rəqəmi "760" rəqəmi ilə əvəz edilsin;
27. 2.3.28-ci yarımbəndin birinci cümləsində "PVC və ya metlaxla" sözləri "sürüşməyən PVC və ya keramik tavalarla" sözləri ilə əvəz edilsin və "laminat, parket və ya" sözləri çıxarılsın, ikinci cümləsinə "pəncərə" sözündən sonra mötərizədə "ikiqat şüşələnmə ilə" sözləri və "isə" sözündən sonra "sinklənmiş dəmir vərəqələrdən və ya" sözləri əlavə edilsin;
28. 2.3.29-cu yarımbənd aşağıdakı redaksiyada verilsin:
"Ümumi təhsil müəssisələri binalarının fasadları suvanmalı və fasad boyası ilə rənglənməlidir.";
29. 2.3.29-cu yarımbənddən sonra aşağıdakı redaksiyada 2.3.30-cu yarımbənd əlavə edilsin:
"2.3.30. Məktəbin yerləşdiyi ərazinin yerli iqlim şəraiti, memarlıq üslubu və ənənələr nəzərə alınmaqla, layihə tapşırığı ilə məktəb binalarının tamamlama, ərazisinin abadlaşdırılma və hasarlanması işləri üzrə bu normativlərdə nəzərdə tutulmayan digər materiallar nəzərdə tutula bilər. Bu halda layihə tapşırığı Təhsil Nazirliyi ilə razılaşdırılmalıdır.";
30. 3.2.2-ci yarımbəndin sonuna aşağıdakı məzmunda cümlə əlavə edilsin:
"İlk peşə-ixtisas təhsili müəssisələrinin torpaq sahələrinin ölçüləri yenidənqurma şəraitində 50%-ə qədər azaldıla bilər.";
31. 4.2.1-ci, 4.2.2-ci və 5.2.1-ci yarımbəndlər çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2013.- 30 iyun.- S.3.