Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri

 

Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də təyyarə ilə Qəbələ rayonuna səfərə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 1 mart.- S.1.