Azərbaycan parlament
nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət
Əsgərovun başçılıq etdiyi parlament nümayəndə
heyəti Çin Xalq Respublikası (ÇXR) Siyasi Məşvərət
Şurasının Ümumçin Komitəsinin dəvəti
ilə bu ölkədə rəsmi səfərdədir.
Nümayəndə
heyətinə deputatlardan Siyavuş Novruzov, Əliağa
Hüseynov, Rauf Əliyev və Əli Məsimli daxildirlər.
Nümayəndə
heyətinin ÇXR Siyasi Məşvərət
Şurasının Ümumçin Komitəsinin sədri Cia
Çinqlin ilə görüşündə Azərbaycan ilə
Çin arasında qarşılıqlı əlaqələrin,
dostluq və əməkdaşlıq münasibətlərinin
mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı
fikir mübadiləsi aparılmışdır.
Qeyd
olunmuşdur ki, böyük tarixi olan münasibətlərimiz
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən
sonra yeni müstəviyə daxil olmuşdur. Bu əlaqələrin
inkişafında ulu öndər Heydər Əliyevin
1994-cü ildə Çinə səfəri böyük rol
oynamışdır. Həmin səfər zamanı əməkdaşlığın
hüquqi bazası yaradılmışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin 2005-ci və 2008-ci illərdə
Çinə səfərləri də əlaqələrimizin
inkişafına böyük töhfə vermişdir.
Bildirilmişdir
ki, ölkələrimiz arasında siyasi əlaqələr
yüksək səviyyədədir, Azərbaycan ilə
Çin beynəlxalq müstəvidə də bir-birlərinin
mövqeyini müdafiə edirlər. Çin Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini, Azərbaycan
isə "Vahid Çin" siyasətini dəstəkləyir.
Ölkələrimiz
arasında 1992-ci ildə diplomatik əlaqələrin
yaranmasından ötən dövrdə münasibətlərimizin
müxtəlif sahələrdə - siyasi, iqtisadi, mədəni
və digər istiqamətlərdə yüksələn xətlə
inkişaf etdiyini vurğulayan Cia Çinqlin, ölkəsinin
Azərbaycanın uğurlarına sevindiyini diqqətə
çatdırmışdır. Qeyd etmişdir ki, tərəflər
arasında qarşılıqlı etimad yüksək səviyyədədir.
Çin
rəsmisi ÇXR Siyasi Məşvərət
Şurasının Ümumçin Komitəsinin Azərbaycan
parlamenti ilə əməkdaşlığın dərinləşməsinə,
habelə bu qurumların ölkələrimizin ikitərəfli
əlaqələrinin inkişafında oynadığı rolun
genişlənməsinə tərəfdar olduğunu
bildirmişdir.
Dəvətə
görə təşəkkür edən Milli Məclis Sədrinin
birinci müavini Ziyafət Əsgərov bu cür səfərlərin
iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə,
qarşılıqlı etimadın möhkəmlənməsinə
töhfə verdiyini diqqətə
çatdırmışdır. Azərbaycanın Çin ilə
əlaqələrə böyük əhəmiyyət verdiyini
bildirən Z.Əsgərov demişdir ki, əməkdaşlığımızın
inkişafı üçün böyük imkanlar vardır.
Mövcud münasibətlər tam əsas verir ki, əlaqələrimizi
daha yüksək səviyyəyə qaldıraq. Bu, hər iki
tərəfin maraqlarına uyğun olardı.
Son
illər ölkəmizin dinamik inkişafı, əldə
etdiyi uğurlardan danışan Milli Məclis Sədrinin
birinci müavini Azərbaycanın fəal xarici siyasət
yürütdüyünü, dünyada nüfuzunun
artdığını söyləmişdir.
Z.Əsgərov
Azərbaycanın BMT Təhlükəsizlik Şurasına
qeyri-daimi üzv seçilməsinə verdiyi dəstəyə
görə Çin tərəfinə təşəkkür
etmişdir.
Azərbaycanın
ən böyük problemi - Dağlıq Qarabağ
münaqişəsi barədə danışan Z.Əsgərov
müasir dövrdə sərhədlərin zorla dəyişdirilməsi
niyyətinin beynəlxalq hüquqa uyğun
olmadığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Ermənistan
Çinin də daimi üzvü olduğu BMT Təhlükəsizlik
Şurasının Ermənistan qoşunlarının
işğal olunmuş Azərbaycan ərazilərindən
qeyd-şərtsiz çıxarılmasına dair qəbul
etdiyi 4 qətnaməni hələ də icra etməmişdir.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri Xocalı faciəsinin
ildönümünə təsadüf edən bu
görüşdə 1992-ci ilin fevralında erməni millətçilərinin
törətdikləri vəhşiliklər barədə
danışmış, Xocalıda baş verənlərin təkcə
Azərbaycan xalqına qarşı soyqırımı deyil,
eyni zamanda bəşəriyyət, insanlıq əleyhinə
törədilmiş qanlı cinayət olduğunu diqqətə
çatdırmışdır.
Azərbaycanın
ərazi bütövlüyünü və suverenliyini
aydın və ardıcıl dəstəklədiyinə
görə Çin tərəfinə təşəkkür
edən Z.Əsgərov demişdir ki, müasir dövrdə
ölkələrin ərazi bütövlüyü vacib
prinsipdir. Azərbaycan həmişə "Vahid Çin"
siyasətini dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.
Milli
Məclis Sədrinin birinci müavini Azərbaycanın dahi
şair və mütəfəkkiri Nizami Gəncəvini ötən
il Pekin şəhərində büstünün qoyulması
üçün yaradılmış şəraitə görə
Çin tərəfinə təşəkkür etmişdir.
* * *
Azərbaycan
nümayəndə heyətinin Çin Xalq Respublikası
Siyasi Məşvərət Şurasının
Ümumçin Komitəsinin sədr müavini Bay Liçen ilə
görüşündə də iki ölkə arasında əlaqələrin
hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə
dair fikir mübadiləsi aparılmışdır.
Ötən
il Azərbaycana səfərinə və göstərilmiş
qonaqpərvərliyə görə təşəkkür edən
Bay Liçen ölkəmizdə müşahidə etdiyi
inkişafın onda xoş təəssürat
oyatdığını bildirmişdir.
Çin
tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi, onun həlli istiqamətində
Azərbaycan tərəfinin yürütdüyü siyasət
barədə məlumat verilmişdir.
Azərbaycan
nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri
davam edir.
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi
müxbiri
Pekin
Azərbaycan.-2013.- 1 mart.- S.4.