Naxçıvan şəhəri ilə
tanışlıq Gürcüstan
Prezidentində xoş təəssürat
yaratmışdır
Fevralın 28-də Gürcüstan
Prezidenti Mixeil Saakaşvili muxtar respublika Ali Məclisinin Sədri
Vasif Talıbov ilə birlikdə
Naxçıvan şəhərini gəzmişdir.
Şəhərlə
tanışlıq xalqımızın ulu öndəri Heydər
Əliyevin Naxçıvandakı abidəsinin ziyarət edilməsi
ilə başlanmışdır.
Gürcüstan
Prezidenti ulu öndər Heydər Əliyevin abidəsi
önünə gül dəstəsi qoymuşdur.
Sonra
ali qonaq Heydər Əliyev Muzeyi ilə tanış
olmuşdur.
Məlumat verilmişdir ki, Heydər Əliyev Muzeyi ulu öndərin həyat və fəaliyyətinin, siyasi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı yerinə yetirir. Muzeydə nümayiş etdirilən eksponatlar ulu öndərin ictimai-siyasi fəaliyyətini, keçdiyi mənalı həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeyin fondunda 4255 eksponat toplanmışdır ki, onların da əksəriyyəti ilk dəfə olaraq məhz burada nümayiş etdirilir. Muzeydə kitabxana da fəaliyyət göstərir.
Prezident Mixeil Saakaşvili ulu öndərin zəngin siyasi fəaliyyətinə həsr olunmuş filmə baxdı.
* * *
Daha sonra
Gürcüstan Prezidenti
Naxçıvan Dövlət Universitetinin
(NDU) beynəlxalq münasibətlər və xarici
dillər fakültəsində təhsil alan
tələbələrlə görüşmüşdür.
Ali
qonağa məlumat verilmişdir ki, 1967-ci ildə yaradılan
Naxçıvan Dövlət Universiteti bu gün
özünün yeni inkişaf mərhələsini
yaşayır. Son illər müasir tədris korpusları, idman kompleksi, tələbə
yataqxanası, idman meydançaları, konservatoriya, elektron kitabxana, universitet xəstəxanası,
tələbə sosial-məişət kompleksi
tikilmiş, geniş ərazidə
zəngin maddi-texniki bazaya
malik universitet şəhərciyi
salınmışdır. Hazırda universitetdə 11 fakültə
üzrə 5 mindən artıq tələbə təhsil
alır. Onların 300-dən çoxu xarici ölkə vətəndaşıdır.
Naxçıvan Dövlət Universitetinin
dünyanın aparıcı ali təhsil
müəssisələri ilə geniş əməkdaşlıq
əlaqələri vardır.
Qeyd
olunmuşdur ki, 2012-ci ilin iyununda NDU ilə Şota Rustaveli
adına Batumi Dövlət Universitetinin nümayəndələri
arasında görüş keçirilmişdir. Görüşdə hər iki universitet arasında qarşılıqlı elmi əlaqələrin yaradılması məsələləri
müzakirə edilmiş, təhsil, elm, mədəniyyət və idman
sahələrində əməkdaşlığın həyata
keçirilməsi və əlaqələrin inkişafına dair əməkdaşlıq müqaviləsi
imzalanmışdır. Müqaviləyə əsasən,
2012-2013-cü tədris ilinin birinci semestrində Naxçıvan Dövlət
Universitetinin 4 tələbəsi Batumi Dövlət Universitetində təhsil almışdır.
Hazırda isə Batumi Dövlət Universitetinin 4 tələbəsi
Naxçıvan Dövlət Universitetində bu
semestr ərzində təhsillərini davam etdirir.
Prezident
Mixeil Saakaşvili universitetin yerli və xarici tələbələri
ilə, o cümlədən acarıstanlı tələbələrlə
söhbət etmiş, onlara təhsillərində uğurlar
arzulamışdır.
* * *
Naxçıvan ilə tanışlıq
çərçivəsində Gürcüstan
Prezidenti "Gəmiqaya" mebel fabrikində də olmuşdur.
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana
rəsmi səfəri
Ali Məclisin Sədri Vasif Talıbov Prezident Mixeil Saakaşviliyə məlumat vermişdir ki, son illər muxtar respublikada bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması sənaye sektorunun sürətli inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada 450-yə yaxın yeni sənaye müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdən biri də "Gəmiqaya" mebel fabrikidir. Sənaye sektorunda aparılan uğurlu islahatların nəticəsidir ki, 2012-ci ildə 796 milyon manata yaxın sənaye məhsulu istehsal edilmişdir. Bunun da 93 faizə qədəri özəl bölmənin payına düşür.
Fabrik müasir modeldə bütün növ mebel avadanlığının istehsalı üzrə ixtisaslaşmışdır. Burada avanqard, klassik və modern üslubda yumşaq mebellər, uşaq otağı mebelləri, yataq dəstləri, ofis, divarboyu və mətbəx mebelləri istehsal olunur. Məhsulların çeşidlərinin çoxluğu, müasir dizayn, keyfiyyətə daimi nəzarət "Gəmiqaya" mebel fabrikinin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. İstehsal prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma və tələblərə cavab verən materiallardan istifadə olunması, məhsulların keyfiyyətinə istehsal prosesinin hər bir mərhələsində nəzarət edilməsi alıcıların razılığı ilə qarşılanır. Burada istənilən zövq və tələbə uyğun münasib qiymətlərlə sifarişlər də qəbul olunur. Hazırda müəssisənin Naxçıvan şəhərində satış mağazası, Bakıda, Sumqayıtda və Ordubadda, eləcə də Goranboy rayonunda satış üzrə filialları mövcuddur. Müəssisənin Gürcüstanın Tbilisi və Batumi şəhərlərində də satış mərkəzləri yaradılmışdır.
Prezident
Mixeil Saakaşvili burada hazır məhsullara baxmış,
istehsal prosesi ilə tanış olmuşdur.
Ali
qonağa xatirə hədiyyəsi təqdim edilmişdir.
* * *
Gürcüstan
Prezidenti daha sonra "Gəmiqaya" qida məhsulları sənaye
kompleksi ilə tanış olmuşdur.
Prezident
Mixeil Saakaşviliyə məlumat verilmişdir ki, yerli xammalla
işləyən müəssisə muxtar respublikanın iri sənaye
obyektlərindən biridir. Burada müxtəlif növ meyvə
şirələri və şərablar istehsal olunur. Hazır
məhsullar muxtar respublikanın daxili tələbatını
tamamilə ödəməklə yanaşı, xarici ölkələrə
də ixrac edilir. Müəssisədə qabaqcıl ölkələrin
istehsalı olan ən müasir texnoloji avadanlıq
quraşdırılmışdır ki, bu da yüksək
keyfiyyətli məhsul istehsalına imkan verir.
Gürcüstan
Prezidenti müəssisədə istehsal prosesini izləmiş
və hazır məhsulların dadına baxmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 1 mart.- S.5.