Qəbələ rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Səkkiz
min nəfər əhalinin yaşadığı 9
yaşayış məntəqəsini birləşdirən
Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana
avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2013-cü il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Qəbələ Rayon İcra Hakimiyyətinə
4,9 (dörd milyon doqquz yüz min) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 mart
2013-cü il
Azərbaycan.-2013.- 2 mart.- S.1.