Azərbaycan Respublikasında «Milli Teatr Günü»nün
təsis edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq milli mədəniyyətin
inkişafında və ölkənin mədəni həyatında
Azərbaycan milli teatrının əhəmiyyəti və
rolunu nəzərə alaraq qərara alıram:
Hər il martın
10-u Azərbaycan Respublikasında
"Milli Teatr Günü" kimi qeyd edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 mart 2013-cü il
Azərbaycan.-2013.- 2 mart.- S.1.