Prezident İlham Əliyev
Pakistanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 1-də
Pakistan İslam Respublikasının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri İnayat
Ullah Kakarı diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlət
başçısı səfir İnayat Ullah Kakarın
ölkəmizdəki diplomatik fəaliyyəti dövründə
Azərbaycan Respublikası ilə Pakistan İslam
Respublikası arasında ikitərəfli münasibətlərin
uğurla inkişaf etdiyini vurğuladı. Pakistan Prezidenti Asif
Əli Zərdarinin İqtisadi Əməkdaşlıq Təşkilatının
Bakıda keçirilən sammitində iştirakını
yüksək qiymətləndirən Prezident İlham Əliyev
onunla görüşü zamanı ikitərəfli münasibətlərimizlə
bağlı məsələlər ətrafında
apardıqları müzakirələri məmnunluqla
xatırladı. Dövlət başçısı Azərbaycan
ilə Pakistan arasında qardaşlıq və tərəfdaşlıq
münasibətlərini daha da möhkəmləndirməyin
önəmini vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin
möhkəmləndirilməsi istiqamətində göstərdiyi
xidmətlərə görə İnayat Ullah Kakara təşəkkürünü
bildirdi.
Səfir
İnayat Ullah Kakar ölkəmizdəki diplomatik fəaliyyətinə
yaradılan yüksək şəraitə görə Azərbaycan
hökumətinə və şəxsən Prezident İlham Əliyevə
minnətdarlığını ifadə etdi.
AzərTAc
Azərbaycan.-2013.- 2 mart.- S.1.