Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükəli yoluxucu xəstəliklərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 31 Bakı şəhəri, 27 fevral 2013-cü il

 

 Azərbaycan Respublikası Prezidentinin "İmmiqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 12 mart tarixli 114 nömrəli fərmanına və "Miqrasiya idarəetmə sisteminin inkişafı və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 658-IIIQD nömrəli qanununun tətbiq edilməsi haqqında" 2008-ci il 5 avqust tarixli 805 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 6, maddə 576) ilə təsdiq edilmiş "Təhlükəli yoluxucu xəstəliklərin Siyahısı"nın 1-ci və 2-ci hissələri ləğv edilsin.

 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 mart.- S.2.