"Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar

 

¹ 32 Bakı şəhəri, 28 fevral 2013-cü il

 

 "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli 442-IVQD nömrəli qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 noyabr tarixli 739 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 10, maddə 606; 2001, ¹ 1, maddə 70, ¹ 3, maddə 214, ¹ 12, maddə 800; 2003, ¹ 6, maddə 342; 2004, ¹ 9, maddə 752; 2005, ¹ 1, maddə 57, ¹ 7, maddə 659; 2006, ¹ 10, maddə 903; 2007, ¹ 2, maddə 199, ¹ 5, maddə 544; 2008, ¹ 9, maddə 879; 2010, ¹ 3, maddələr 263, 264, ¹ 12, maddə 1123; 2011, ¹ 8, maddə 776; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 11 dekabr tarixli 304 nömrəli qərarı) 1-ci hissəsinin altıncı abzasına "orta" sözündən əvvəl "kiçik," sözü əlavə edilsin.

 

 

 Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan.-2013.- 2 mart.- S.2.